www.nice.az > Maraqlı Məlumatlar > "Titaniki" Ay batırdı

"Titaniki" Ay batırdı


10 mart 2012. Müəllif: GHoSTMaN


İngiltərədə yayımlanan "Times" qəzeti 1912 -ci 15 aprel tarixində ilk səfərinə çıxan və bir aysberqlə toqquşaraq okeanın dərinliklərinə qərq olan "Titanik" gəmisi haqqında maraqlı açıqlama dərc edib.
Xəbərdə verilən məlumat, Texas Universitetinin elm adamlarının apardığı araşdırmaya əsasən hazırlanıb. Elm adamları "O aysberq niyə ordaydı?" sualına maraqlı cavab tapıblar.
"Kimilərinə görə kapitan, kimilərinə görə aysberq, kimilərinə görə insanların kibiri batırdı Titaniki. Amma əsl "günahkar" Ay da olabilir. " deyə məlumat verilib. Məlumata əsasən "Titanikin" batmasından 3 ay əvvəl Ay Yerə 1400 ilin ən yaxın məsafəsində olub və bu da okean suyunun qabarmasına, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olub. Nəticədə isə iri bir aysberq parçası qoparaq normalda olmaması gərəkən istiqamətə hərəkət edib. Bu da gəmi ilə toqquşmaya səbəb olub. Ehtimallar, modellər üzərində aparılan təcrübələrdə də öz əksini tapıb.