www.nice.az > Maraqlı Məlumatlar > Marsda həyat tapıldı!
Marsda həyat tapıldı!24 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Onlar "Qırmızı planet"in səthindən götürülmüş süxur nümunələrini araşdırarkən orada metan izləri tapıblar. Bu isə Marsda həyat üçün şərtlərin olduğuna dəlalət edir. NiCe.aZ-ın Milli.Az-a istinadən bildirir ki, "Mars Science Laboratory Rover"in apardığı araşdırmaların nəticələrinə görə, yay aylarında Marts səthində metan buludları yaranır. Bu xəbər əsl sensasiya sayıla bilər, çünki indiyədək Marsda canlıların ola biləcəyinə dəlalət edəcək heç bir fakt yox idi. NASA eksperti, Marsı araşdıran alim qrupunun rəhbəri Maykl Mummun dediyinə görə, "Qırmızı planet"dəki metan orada həyatın yaranması üçün kifayət edəcək həcmdədir. |