www.nice.az > Maraqlı Məlumatlar > Dostluq...

Dostluq...


23 fevral 2012. Müəllif: HiTMaN
Dostluq...

1. Dost çətin və ağır günlərin dayağıdır...

2. Sarsaqla dost olmaqdansa, ağıllı ilə düşmən olmaq yaxşıdır...

3. Dost xoşbəxt anlara dəvət edildikdə, bədbəxt anlara isə özləri gəlməlidirlər...

4. Dost var ki, insanı ucaldar, dost var insanı gözdən salar...

5. Dostumun duşməni mənim düşmənimdir...

6. Vəfasiz dost kölgə kimidir, isıqli gündə səni izləyir, buludlu gündə gözdən itir...

7. Qorxaq dost düşməndən qorxuludur, çunki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan...

8. Tələsgən adamın rahatlığı, hirsli adamın sevinci, usandırıcı adamın dostu olmaz...

9. Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır...

10. Əgər hərkəs dost saydığı kimsələrin öz arxasından nələr danışdıqlarını eşitsəydi dünyada dost qalmazdı...

11. Dostunun az olmasını istəmirsənsə paxıl olma...

12. Düşməni dosta döndərmək xoşbəxtlik isə, dostu düşmən etmək ən böyük bədbəxtlik və ağılsızlıqdır...

13. Səndə olan yaxşı nə varsa dostuna ver...

14. Dost pis gündə yanında olandır...

15. Dost qazanmağa çalışma o özu səni tapacaq...

16. Dost odur ki, dostunun eybini özünden başqa heç kimə deməsin...

17. Çox qiymətli bir dosta malik olmaq, az qiymətli çox dosta malik olmaqdan yaxşıdır...

19. Pis o adamlardı ki dostu ola amma dostunu tez unuda...

20. Dostlar görməkdən böyük sevinc, dostlarla ayrılıqdan acı dərd yoxdur...

21. Dost iki bədəndə yaşayan bir qəlbdir...

22. Dostlarınla elə yaxşı yaşa ki düşmən olduğunda haqqında söyləyəcək sözləri olmasın. Düşmənlərinlə elə yaşa ki dost oldugunda üzün qızarmasın...

23. Dost dəniz qırağındakı daşlara bənzəyir, önce bir-bir toplayirsan sonra tək-tək dənizə atırsan, amma bəziləri var atmağa qıymırsan...

24. Başqalarına dəyərindən artıq dəyər vermə ya onu itirərsən ya da özünü məhv edərsən...

25. Dost bəzən bapbalaca bir quş, bəzən də var olmayan sevgilidir. Bir vaxt saxsıda olan çiçəklərdir, amma əsl dost səni səndən çox sevəndir...