www.nice.az > Maraqlı Məlumatlar > Anladım...
Anladım...22 fevral 2012. Müəllif: _ROCK_STAR_ |
![]() Elə bir həyat yaşadım ki,cənnəti də gördüm cəhənnəmi də. Elə bir eşq yaşadım ki, bağlılığıda gördüm,bezməyi də. Bəziləri həyatı ən öndən seyr edərkən, mən bir səhnə tapıb rolumu oynadım. Elə bir rol verdilər ki, mənə oxudumsada anlamadım... Öz-özümə danışdım bəzən evimdə.. Həm qəzəbləndim, həm güldüm.. Sonra dedim ki,"özünə söz ver!" Dənizləri sevirsənsə, dalğalarıda sevəcəksən. Sevilmək istəyirsənsə, əvvəl sevməyi öyrənəcəksən. Uçmağı bilirsənsə, yerə enməyi də biləcəksən. Qorxaraq yaşasan yalnız həyatı seyr edəcəksən.. Elə bir həyat yaşadım ki, sonları erkən tanıdım.. Elə çox dəyərli imiş ki, zaman. Tələsməyim də bundadır... Anladım! ![]() |