www.nice.az > Maraqlı Məlumatlar > Ağ-qara yağışım
Ağ-qara yağışım22 fevral 2012. Müəllif: _ROCK_STAR_ |
![]() Yenə yağış yağır...Ağ-qara yağış... Yağışı sənə görə sevmişdim.Səninlə birlikdə sevmişdim. Yadındamı? "Yağış qəribə duyğular oyadır"-demişdin. Onda səni sevmək ağlımada gəlməzdi...amma oldu. Sənin kim olduğunu düşündükcə,sənə inana biləcəyimi özümdən soruşduqca,səni xəyallarımda canlandırdıqca,səninlə qəlbimdə danışdıqca sevdim səni... Damla,damla aram,aram... Nə az vaxtımız oldu?! Ama,həyatım mənim bu azacıq zamanın belə xatirəsi mənə bir ömür boyu yetər.. Daha kimisə sevmək istəmirəm,çünki hələ də sevirəm. Səndən başqa kimi sevə bilərəmki?! Yenə yağış yağır şəhərimizə... Lakin,bu zamanlar sənin mənə sevdirdiyin yağışı sevmirəm daha-mənə sənin gedişini xatırlatdığı üçün,mənə seni unutmurmaq istədiyi üçün,göz yaşlarımı səndən gizlətdiyi üçün-həyatım! ![]() |