www.nice.az > Maraqlı Məlumatlar > Mənə hər şeyi anam öyrətdi...

Mənə hər şeyi anam öyrətdi...


21 fevral 2012. Müəllif: GHoSTMaN
Mənə hər şeyi anam öyrətdi...

Anam mənə mümkünsüzü mümkün etməyi öyrətdi: "Ağzını yum və şorbanı (supunu) iç."


Mənə hər şeyi anam öyrətdi...

Mənə hər şeyi anam öyrətdi...

Anam digər insanların əməyinə hörmət etməyi öyrətdi: "Bir-birinizi öldürmək niyyətiniz varsa, çıxın çölə, evi indi təmizləmişəm."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə Allaha inanmağı öyrətdi: "Dua et ki, bu ləkə təmizlənsin."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə məntiqi düşünməyi öyrətdi: "Ona görə ki, mən belə ... dedim."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə nəticələr haqda düşünməyi öyrətdi: "Bax indi pəncərədən yıxılacaqsan, səni özümlə mağazaya aparmayacam."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə hər bir işi axıra kimi etməyi öyrətdi: "Yeyib qurtarmayana kimi stuldan qalxmayacaqsan."


Mənə hər şeyi anam öyrətdi...

Mənə hər şeyi anam öyrətdi...

Anam mənə nəticənin səbəbini izah etdi: "Əgər sən ağlamağı kəsməsən, döyüləcəksən."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə paxıllıq etməyi deyil, şükür etməyi öyrətdi: "Dünyada bir çox uşaqlar ANA qayğısına möhtacdırlar."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə - necə böyümək olar? – öyrətdi: "Sən tərəvəz yeməsən, heç vaxt böyüməyəcəksən."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə gələcəyə cəsarətlə baxmağı öyrətdi: "Dayan, mən sənlə evdə danışacam hələ."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə özünü müalicə etmənin əsasını öyrətdi: "Əgər sən gözlərini çəpləşdirməyi tərgidməsən, gözlərin elə qalacaq."


Mənə hər şeyi anam öyrətdi...

Anam mənə extrasensliyi öyrətdi: "Sviterini geyin, mən bilirəm axı sənə soyuqdu".