www.nice.az > Maraqlı Məlumatlar > Ünsiyyətin sehirli dəyənəyi: İnsanları güldürmək

Ünsiyyətin sehirli dəyənəyi: İnsanları güldürmək


20 fevral 2012. Müəllif: HiTMaN
Ünsiyyətin sehirli dəyənəyi: İnsanları güldürmək

Hər gün müxtəlif insanlarla söhbət edirik.
Bəziləriylə danışarkən, "söhbət qurtarsaydı gedərdik" deyə düşünür, bəziləriylə danışarkən o adamın yanımızdan ayrılmağını istəmirik. Bəs bu necə olur?

Söhbəti gözəl olan insanların ortaq xüsusiyyəti, inkişaf etmiş bir yumor qabiliyyətlərinin olmasıdır.
Bizi güldürən insanlardan avtomatik olaraq təsirlənərik.
Hirsli olduğumuz bir adam belə bizi güldürsə, yelkənlərimiz dərhal suya enər.

Tanımadığınız birinə adi bir şey söyləsəniz sizlə tərs danışa bilər; amma məzəli, güldürücü bir şey söyləsəniz dünyada heç kim sizə qarşı tərs olmaz.
Özünü güldürdüyünüz üçün sizə hirslənəcək insan yoxdur.

Gülmək eyni zamanda yoluxucudur. İnsanların çox vaxt şüursuz olaraq təqlid etdiyi ən diqqətə çarpan hərəkətlərdən biri gülməkdir.
Biriylə danışarkən gülümsəyəndə, əmin olun qarşınızdakı adam da gülümsəyəcək.

Yumor qabiliyyəti olmalıdır dedik, amma bu əslində tam olaraq bir qabiliyyət deyil.
Adam özünü bu mövzuda çox yaxşı inkişaf etdirə bilər.
Güclü bir yumor duyğusunu xarakterinə köçürmək istəyən bir adam, əvvəl insanların nəyə güldüyünü öyrənməklə başlamalıdır.
Bunlar üzərində düşünüb işləyərək yumor qabiliyyətini artıra bilər.
İnsanların nəyə güldüyüylə əlaqədar müxtəlif alimlər, müxtəlif işlər icra etmişlər.
Bu mövzudakı araşdırmalara və insanları güldürə bilmək üçün edəcəyimiz işlərə aid bir çox məlumatlar var.

Unutmayın, güldürmək ünsiyyətdə çox qapını açar