www.nice.az > Maraqlı Məlumatlar > Həmişə cavan qalmağın sirri tapıldı

Həmişə cavan qalmağın sirri tapıldı


15 fevral 2012. Müəllif: HiTMaN
Həmişə cavan qalmağın sirri tapıldı

Amerikalı alimlər qədim əlyazmaları araşdlıraraq Çinli alimlərin və həkimlərin bu bitkidən müxtəlif xəstəliklərin müalicəsi üçün minillər boyu istifadə etdiklərini görüblər.

Hazırda bu bitkidən ənənəvi Çin təbabətində malyariyanın müalicəsi üçün istifadə olunur.

İmmunoloqlar bitkinin ekstraktının biokimyəvi təsir mexanizmlərini tədqiq ediblər. Məlum olub ki, bitkinin tərkibindəki qalofuqinon maddəsindən automimmun xəstəliklərinin müalicəsində istifadə etmək olar.

Sonrakı tədqiqatlar göstərib ki, qalofuqinon toxumaların sklerotizasiyası və çapıqlanmasının qarşısını alır, skleroz və hətta xərçəng şişinin böyüməsinə mane olur.

Araşdırmanın rəhbərlərindən biri, professor Malkolm Uitmenin dediyinə görə, bitkidən alınan ekstrakt Çin təbabətində "çanşan" adlanır.

"Azacıq ac qalmaq insan ömrünü uzadır. Qalofoqunin maddəsi isə aclıq kimi universal hüceyrə mexanizmidir. Buna görə də qocalma proseslərini ləngidə biləcəyimizi də düşünürəm", Uitmen deyib