www.nice.az > Maraqlı Məlumatlar > Dərimiz haqqında

Dərimiz haqqında


14 fevral 2012. Müəllif: Honey
Dərimiz haqqında

Dərimiz haqqında

Normal dəri. İndi bu dəri tipinə çox nadir hallarda rast gəlmək olur. Belə dəriyə əsaslı qulluq gərək deyil. Normal dəri təravətli, hamar, elastik olur, üzərində iri məsamələr və parıltılı ləkələr əmələ gəlmir, qabıq vermir. Amma yaş ötdükcə normal dəri qurumağa başlayır və qayğıya ehtiyac duyur.

Quru dəri. Quru dəri adətən, nazik və solğun olur. O, qabıq verir və tez qırışır. Belə dəri gənc yaşlarda gözəl olur: zərif, hamar, xırda məsaməli. Amma yaş keçdikcə çox tez qırışlar əmələ gəlir. Quru dəriyə qayğı göstərmək üçün müxtəlif bitkilər əsasında hazırlanan tonlaşdırıcı vasitələrdən istifadə etmək məsləhətdir.

Yağlı dəri. Adətən, yağlı dəridə iri məsamələr, burun ətrafı və çənə hissələrində isə qara nöqtələr yaranır. Bu yağ vəzilərinin kanallarınıntutulması nəticəsində baş verir. Yağlı dəriyə toz və çirk asanlıqla hopur, bununla belə, o, uzun zaman öz hamarlığını və elastikliyini qoruyur. Digər dəri tiplərindən fərqli olaraq, yağlı dəri gec qırışır.

Qarışıq dəri. Qarışıq dəri üçün müxtəlif dəri tiplərinin kombinasiyası səciyyəvidir. Belə dəriyə malik qadınlarda alın, burun və çənə hissələri yağlı və parıltılı, yanaqlar isə quru və dartılmış olur.Bu, ən geniş yayılmış dəri tipidir.

Yaşlı dəri. Yaş keçdikcə dəri solğunlaşır, öz təravətini itirir. Gözlərin ətrafında incə, alın, gicgah, boyun və burun-dodaq nahiyəsində isə dərin qırışlar əmələ gəlir.