www.nice.az > Maraqlı Məlumatlar > Sidiklə işləyən “Mazda”

Sidiklə işləyən “Mazda”


28 oktyabr 2009. Müəllif: krik
Sidiklə işləyən “Mazda”

Ekoloji tələblərin sərtləşməsi, neftin tədricən tükənməsi və yanacağın qiymətinin və bazarda rəqabətin artması avtomobil istehsalçılarını qeyri-ənənəvi mühərriklər hazırlamağa vadar edir. Artıq etanol (spirt), bitki mənşəli yanacaq və elektriklə işləyən avtomobillər heç kəsdə təəccüb doğurmur. Bu gün bir çox Cənubi Amerika ölkəsində spirtlə işləyən avtomobillər şütüyür. Elektromobil bazarında isə əsas yeri Avropa və Yaponiya tutur.

“Mazda” şirkəti performansı aşağı olması səbəbilə elektromobillərin layihələndirilməsindən birdəfəlik imtina edib. Şirkət qeyri-adi bir seçim edərək, sidiklə işləyən avtomobil hazırlayıb. CX-7 adlanan bu model kimyəvi tərkibi insan sidiyinə yaxın olan maye yanacaqla işləyir. AdBlue adlı bu maddə bir hissə sidiyə üç hissə distillə olunmuş su qatılması ilə hazırlanır. Yeni yanacağın tətbiqi nəticəsində atmosferə buraxılan azot tərkibli qazları minimuma endirmək mümkün olub.

Avropa və Avstraliyada bu maddənin sənayedə geniş yayılmasına baxmayaraq, avtomobildə belə bir texnologiyanın tətbiqi ilk dəfə “Mazda”ya nəsib oldu.

Bu yanacaqla işləyən avtomobilin qiyməti Avstraliyada 5000 dollardır. Avtomobilin çənini doldurmaq 140 dollara başa gəlir. Bu qiymətdə yanacaqla 20 000 kilometr hərəkət etmək mümkündür.