www.nice.az > Maraqlı Məlumatlar > Bəxtiyar Vahabzadə - Məndən xəbərsiz
Bəxtiyar Vahabzadə - Məndən xəbərsiz31 oktyabr 2009. Müəllif: krik |
![]() MƏNDƏN XƏBƏRSİZ Ömrün fəsilləri tez başa gəldi Yayı bəhərlidir, qışı bəhərsiz. Bir vaxt ayıldım ki, heydən düşmüşəm İllər öz atını çapdı yəhərsiz. Amal olan yerə baş qoyan illər Toran gözlərimə yaş qoyan illər Ey yaşım üstünə yaş qoyan illər, Hara qaçırsınız məndən xəbərsiz? Ey ömür! Görünür artıq sahilin Əlin qısaldıqca uzanar dilin. Ömürdən verdiyim yetmiş üç ilin Zəhəri yetərli, balı yetərsiz. Öz çiyin yüküdür hər kəsin yaşı Dərdi-sirdaşıdır, fikri-yoldaşı Dönüb xislətimə qəhər, göz yaşı. Sevinc də, kədər də ötmür qəhərsiz. Fikirlər selində axandan bəri Ayıra bildimmi xeyirdən şəri? Tökülmüş ömrümün yarpaq illəri Bağçası viranə, bağı çəpərsiz. Könül o könüldür qoca yaşımda Fikirlər qaynaşır yenə başımda Yenə hücumdayam söz savaşında Sözüm təpərlidir, özüm təpərsiz. |