www.nice.az > Maraqlı Məlumatlar > UZUN YAŞAMAĞIN SİRRİ

UZUN YAŞAMAĞIN SİRRİ


21 oktyabr 2009. Müəllif: krik
UZUN YAŞAMAĞIN SİRRİ

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin, həm sosial həm də səhiyyə sahəsində rifah içində yaşayan insanlarının uzun ömürlü və daha sağlam olduqları məlum olub.
Xüsusilə, 2000-ci ildən etibarən dünyaya gələn nəslin yaxşı həyat və sağlamlıq şərtlərdə böyüyəcəyi halda daha uzun bir ömrə sahib olacağını bildirən mütəxəssislər bu səbədən avropa ölkələrinin əhali sayında eniş olacağını və yaş həddinin də olduqca yüksələcəyini qeyd edirlər. Onlar Ölkələrin bu səbəbdən səhiyyə və təqaüd məsələlərində problem yaşaya biləcəyinə də diqqət çəkirlər
Az iş, çox istirahət
Inkişaf etmiş ölkələr əksəriyyətinin təqaüd yaşını azaldaraq və part-time işləmək qaydasını tətəbiq edərək, problemdən çıxış yoluu tapmağa çalışır. 60-70 yaşlı işçilərin indikindən daha artıq işlədikləri təqdirdə, adam başına düşən iş saatının daha da aşağı düşəcəyini bildirən mütəxəsislər bunun da uzunömürlülüyə müsbət təsir edəcəyini deyirlər. Daha az işləməyin əvəzinə, daha artıq istirahət etməyin, sağlamlıq və uzun yaşamaq baxımından önəmli bir təsir bağışlayacağı bildirilir

Alimlər uzunömürlülərin vətəni sayılan Yaponiya, İsveçrə və İspanyada səhiyyə və sosial şəraitlərinin yaxşılaşdırılmadığı təqdirdə yeni doğulan uşaqların ¾-nün 75 yaşına qədər yaşaya biləcəyini praqnozlaşdırırlar. Səhiyyə və sosial şəraitlərinin yaxşılaşdırılacağı təqdirdə isə həmin uşaqların 100 yaşını qeyd edə biləcəkləri açıqlanıb.