www.nice.az > Maraqlı Məlumatlar > Kaş həmişə uşaq qalsaydım

Kaş həmişə uşaq qalsaydım


30 yanvar 2012. Müəllif: GHoSTMaN
Kaş həmişə uşaq qalsaydım

Kaş ki, həmişə uşaq qalsaydım ...

Hər kəs böyüməyi istəyərkən və zamanla

dəyişdirərkən üzündəki saf simasını..

Mən böyüməyi unutsaydım,

Üzümdə həmişə uşaqlıq simam qalsaydı ...

Dinlədiyim hər nağılın ardından həyatın gözəlliyinə

boğulsaydım və həqiqətən inansaydım

Divin qarnı kəsildiyində nənəmin çıxacağına,

Cirtdan adamlara, öpüldüğü an şahzadə olan qurbağalara ...

Kaş ki, gerçəklərlə heç üzləşməsəydim,

Ağlım bütün suallara cavab axtarmasaydı,

Məntiq deyilən o əsəbi çöhrəylə heç qarşılaşmasaydım.

Böyük dəcəlliklər edib kiçik cəzalar alsaydım.

Alma yanaqlarım, badam gözlərim olsaydı,

Hər kəs mənə xidmət etsəydi, mənə layla

söyləsəydi, məni güldürüb əyləndirsəydi ...

Üzümdə heç əskilməyən böyük gülüşlər olsaydı,

İzah etdiklərimi hər kəs çətin anlasaydı,

Məni təqlid etsəydilər və hər kəs mənimlə

birlikdə uşaq olsaydı.

Ayaqqabı nömrəm iyirmi beşi keçməsəydi ...

Əllərim balaca topuş topuş,

Ayaqlarım kiçik, lakin xəyallarım böyük olsaydı.

Ölüm nədir bilməyəydim, acı nədir dadmasaydım,

Hirs nədir görməsəydim,yalan nədir duymasaydım,

Ürəyim heç qırılmasaydı və ya bunları heç anlamasaydım.

Kaş ki, həmişə uşaq qalsaydım…

Ovcuma dənizi doldura bilsəydim, quşlar kimi sərbəst uça bilsəydim

Xəyallarla yaşasaydım, nağıllarda dolaşsaydım,

Baş barmağımı digərinə toxundurub birdən-birə təkrar uşaq olsaydım…

KAŞ HƏMİŞƏ UŞAQ QALSAYDIM.. ƏN BÖYÜK DƏRDİM DİZİMDƏKİ YARA OLSAYDI...