www.nice.az > Maraqlı Məlumatlar > Dünyada nə qədər İnternet istifadəçisi var?

Dünyada nə qədər İnternet istifadəçisi var?


29 yanvar 2012. Müəllif: HiTMaN
Dünyada nə qədər İnternet istifadəçisi var?

Ötən il İnternet istifadəçilərinin sayı 2 milyardı ötüb. Anspress xəbər verir ki, “The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş hesabata əsasən, hazırda 2,1 milyard insan internetdən istifadə edir.

Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edir.

Ən az İnternet istifadəçiləri Afrika, Yaxın Şərq və Avstraliyadadır. Bundan əlavə, 2011-ci ilin sonunda 555 milyon sayt fəaliyyət göstərib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 800 milyon istifadəçi həddini keçib. “Twitter” mikrobloqlar xidməti isə 225 milyon istifadəçiyə malikdir, lakin onlardan yalnız 100 milyonu aktivdir