www.nice.az > Maraqlı Məlumatlar > Boşa çıxmış proqnozlar
Boşa çıxmış proqnozlar3 yanvar 2012. Müəllif: Ice |
Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr ) konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək: * 1533, 18 oktyabr — Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi; * 1688 -1700 — şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi; * 1736, 13 oktyabr — ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması; * 1833, 12 noyabr — ABŞ-da güclü ulduz yağışı səbəbi ilə gələcək dünyanın sonunun gözləntisi tarixi; * 1843, 3 aprel və 7 iyul — Uilyam Millerin ardıcılları tərəfindən Bibliyadakı peyğəmbərliklərin yozumuna uyğun olaraq İsa Məsihin ikinci zühurunun və Məhşərin başlanğıcının gözləndiyi günlər; * 1919, 17 dekabr — Amerika meteoroloqu Albert Portun hesablamalarına görə 6 planetin paradı, Günəşdə partlayışlar və Yerin yanması nəticəsində dünyanın sonunun yetişməsi; * 1945, 21 sentyabr, saat 5.33 — amerikalı keşiş Çarlz Lonqun vəhyinə əsasən Yerin yanması və dünyanın axırı; * 1954, 20 dekabr — Amerikalı həkim — təmasşünas Çarlz Lauqhedin öncəgörmələrinə əsasən güclü zəlzələlər və daşqınlar nəticəsində dünyanın sonunun yetişməsi tarixi; * 1970, 31 dekabr, saat 24.00 — Həqiqi Dünya Amerika xristian kilsəsinin hesablamalarına əsasən dünyanın sonu; * 1980, 29 aprel — ABŞ dağlarında sığınacaq yaratmış Leland Censen və Çarlz Heynqin bəhai təriqətinə görə nüvə müharibəsi nəticəsində dünyanın sonu; * 1996, 17 dekabr — Amerika öngörücüsü Şeldon Nidlin proqnozlarına görə yadplanetlilərin və mələklərin kütləvi şəkildə gəlməsi ilə Yer üzünün yanıb külə çevrilməsi ilə dünyanın sonu; * 1998-2001 — Çili astronomu Karlos Munyen Ferraronun hesablamalarına görə Bernar-1 planetinin Günəş sistemindən keçməsi nəticəsində dünyada həyatın sonu; * 2001, 11avqust — bəzi Amerikalı astronomların hesablamalarına görə Yerin və Günəş sisteminin qara dəliyə sovrulması nəticəsində dünyanın sonu; * 2009 — Piter Lorinin yozumuna görə Nostradamusun senturiyasında dünyanın sonu ilə bağlı tarix. Armageddon ( xeyirlə şər arasında son döyüşün olacağı İsraildəki ( Fələstindəki ) dağ. Planetimiz şükür ki, hələ duruş gətirir və yalnız Uca Allahın bildiyi ana tarixə qədər duracaq. İndiyədək yaradılmışların " ən alisi və şüurlusu olaraq " bizim üzərimizə düşən vəzifə isə çox sadədir: Xaliqimizin iradəsinə zidd getməmək və Onun yaratdığı nə varsa, heç birinin təkamül qanunlarını pozmamaq. Allahın verdiyi şüurdan ilk növbədə elə Onun özünün bizə nələr demək istədiyini anlamaqdan, doğru — dürüst, halal yaşamaqdan ötrü istifadə etmək, vəssalam. Allah bizi qorusun. AMİN! |