www.nice.az > Maraqlı Məlumatlar > Xəstəliklər

Xəstəliklər


5 yanvar 2012. Müəllif: Ice
Xəstəliklər

Elm və texnologiya insan həyatının digər sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişə nail olmuşdur. Lakin buna baxmayaraq tibb elmi heç də bütün xəstəlikləri müalicə edə bilmir. Bu xəstəliklər zamanı xəstənin vəziyyətini xeyli yaxşılaşdırmaq olsa da tam müalicəsi hələlik mümkün deyil.


Xəstəliklər

1. Xərçəng
Genetik mutasiya nəticəsində orqan və toxumalarda meydana çıxan yad törəmələrdir. Orqanizmi müxtəlif mexanizmlərlə məhv edən bu xəstəliyin hələlik tam müalicəsi yoxdur.


Xəstəliklər

2. Soyuqdəymə
Çox təəccüblüdür ki, belə adi xəstəliyin spesifik patogenetik müalicəsi yoxdur. Müxtəlif tipli viruslar tərəfindən törədilir. Müalicəsində isə ancaq simptomatik dərmanlar istifadə olunur.


Xəstəliklər

3. Astma
Astma tənəffüs yollarının xroniki iltihabi-allergik xəstəliyidir. Xəstələr müalicə zamanı xeyli müsbət dəyişiklik görsə də tam müalicə mümkün deyil.


Xəstəliklər

4. QİÇS
Demək olar ki hamıya məlumdur ki, bu xəstəliyin də müalicəsi yoxdur. Xəstəlik yoluxucudur və immun sistemə təsir edərək onu məhv edir. İnsan heç vaxt bu xəstəlikdən ölmür, onun orqanizmi digər xəstəliklərə qarşı müqavimət mexanizmlərini məhv etməsindən ölür.


Xəstəliklər

5. Kreksfeldt-Ceykob xəstəliyi
Nadir xəstəliklərdən olub sinir sisteminə təsir edir. Əsasan 40-70 yaş arasında baş verir. Xəstəliyin simptomları psixi dəyişikliklər, demensiya, qeyri-iradi hərəkətlər və s.


Xəstəliklər

6. Şəkərli diabet
Karbohidrat mübadilısinin pozulması ilə müşaiət olunan geniş yayılmış endokrin sistem xəstəliyidir. Xəstəliyin profilaktikası asan olsa da tam müalicəsi mümkün deyil.


Xəstəliklər

7. Qırmızı qurd eşənəyi
Autoimmun xəstəlik olub müxtəlif orqanların xronik iltihabını törədir.


Xəstəliklər

8. Qrip
Çoxlarına yüngül gəlsə də bu xəstəlik də müalicə olunmur. Simptomları qızartı, qızdırma, baş ağrılarıdır. A, B, C tipli ortomiksoviruslar tərəfindən törədilir.


Xəstəliklər

9. Ebola virus qızdırması
Mərkəzi Afrikada rast gəlinən və ölümcül qızdırma ilə müşaiət olunan ağır xəstəlikdir. Simptomları qızartı, qızdırma və hemorragiyadır. Xəstələrdə psixi pozuntular da rast gəlinir.


Xəstəliklər

10. Polimielit
Əsasən uşaqlarda rast gəlinən sinir sisteminin virus xəstəliyidir və paraliclərlə, ətrafların deformasiyası ilə müşaiət olunan ağır patologiyadır. Bu xəstəliyə qarşı vaksin çox uğurlu olsa da yoluxduqdan sonra müalicə mümkün deyil.