www.nice.az > Maraqlı Məlumatlar > Əhalimizin 99,5 faizi savadlıdır
Əhalimizin 99,5 faizi savadlıdır7 oktyabr 2009. Müəllif: krik |
![]() Dünyada isə 75 milyon uşaq məktəbə getmir Birləşmiş Millətlər Təşkilatı 2003-2012–ci illəri savadlılıq onilliyi, sentyabrın 8-i isə Beynəlxalq Savadlılıq və Sağlamlılıq günü elan edib. Hər ilin bu günü bütün dünya ölkələrinin diqqəti savadsızlıq, maariflənmə, təhsil alma problemlərinin müzakirəsinə yönəlir. BMT-nin araşdırmalarına görə, insanların sağlamlığına mənfi təsir edən amillərdən biri məhz savadsızlıqdır. QİÇS, malyariya kimi xəstəliklərə də ən çox savadsızlar yoluxur. Bu beynəlxalq qurumun apardığı təhlillərə görə, hazırda dünyada 860 milyon savadsız insan var, yetkinlik yaşına çatmış, lakin məktəbə getməyən uşaqların sayı isə 75 milyondur. Savadsızların sayına görə Banqladeş, Misir, Çin, Braziliya öndədir. Azərbaycanda isə belə bir problem hiss olunacaq səviyyədə deyil. Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, Azərbaycanda 6 yaşdan yuxarı əhalinin 99,5 faizi savadlıdır. Yerdə qalan 0,5 faiz əhali isə ucqar dağ kəndlərində yaşayan, təhsil almaq imkanları məhdud olan vətəndaşlardır. Nazirlikdən deyiblər edirlər ki, ölkənin iqtisadi imkanları yaxşılaşdıqca ucqar kəndlərdə təhsildən kənarda qalan uşaqların savadlanması üçün müvafiq tədbirlər görüləcək. Bu məqsədlə ölkənin bütün regionlarında, o cümlədən, ucqar kəndlərdə müasir tələblərə uyğun yeni məktəblərin tikintisinin sürətləndirilməsi nəzərdə tutulur. |