www.nice.az > Maraqlı Məlumatlar > Yemək haqqında dəyərli sözlər
Yemək haqqında dəyərli sözlər11 sentyabr 2011. Müəllif: Ayla_girl |
![]() 63. Yemək. 247. Allahın Peyğəmbəri (s): в«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.в» (Tənbihul-Xəvatir, c.1, səh.46) 248. İmam Əli (ə): в«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.в» (Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634) 64. Çox yemək. 249. Allahın Peyğəmbəri(s): в«İnsan qarnından pis qab doldurmayıb.в» (Tənbihul-Xəvatir, c.1, səh.100) 250. Allahın Peyğəmbəri(s): в«Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz.в» (Tənbihul-Xəvatir, c.1, səh.100) 251. Allahın Peyğəmbəri (s): в«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.в» (Biharul-Ənvar, c.77, səh.182, hədis 10.) 252. İmam Əli (ə): в«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.в» (Ğurərul-Hikəm, hədis 8903) 253. İmam Əli (ə): в«Aclıqla xəstəlik bir yerə sığışmaz.в» (Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis19652) 254. İmam Sadiq (ə): в«Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına.в» (Müstədrəkul-Vəsail, c.12, səh.94, hədis 13615) 65. Çox yeməyin ziyanları. 255. İmam Əli (ə): в«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.в» (Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis 19652) 256. İmam Əli (ə): в«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.в» (Ğurərul-Hikəm, hədis 4139) 257. İmam Əli (ə): в«Toxluq pəhrizkarlığı kor edər.в» (Ğurərul-Hikəm, hədis 659) 258. İmam Əli (ə): в«Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.в» (Ğurərul-Hikəm, hədis 9922) 66. Aclıq. 259. Allahın Peyğəmbəri(s): в«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.в» (Biharul-Ənvar, c.75, səh.462, hədis 17) 260. Müstədrəkul-vəsail: в«Meв€™rac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub: в«Pərvərdigara! Aclığın səmərəsi nədir?в» Allah-taala buyurub: в«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.в» (Biharul-Ənvar, c.77, səh.22, hədis 6) 261. İmam Əli (ə): в«Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır.в» (Müstədrəkul-Vəsail, c.16, səh.214, hədis 19634) 262. İmam Hadi (ə): в«Gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.в» (Biharul-Ənvar, c.78, səh.369, hədis 4) 67. Yeməyin miqdarı. 263. Allahın Peyğəmbəri (s): в«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.в» (Biharul-Ənvar, c.62, səh.290) 264. İmam Rza (ə): в«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.в» (Biharul-Ənvar, c.62, səh.324) 68. Süfrə qaydaları. 265. Allahın Peyğəmbəri(s): в«Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.в» (Tənbihul-Xəvatir, c.1, səh.47.) 266. Allahın Peyğəmbəri(s): в«Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir.в» (Biharul-Ənvar, c.62, səh.291) 267. İmam Əli (ə): в«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.в» (Vəsailuş-Şiə, c.16, səh.484, hədis 5) 268. İmam Əli (ə): в«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.в» (Vəsailuş-Şiə, c.16, səh.520, hədis 3) 269. İmam Əli (ə): в«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.в» (əl-Kafi, c.6, səh.321, hədis 1) 270. İmam Həsən (ə): в«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq,üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.в» (Vəsailuş-Şiə, c.16, səh.539, hədis 1) 271. İmam Sadiq (ə): в«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.в» (əl-Məhəccətul-bəyza, c.3, səh. 6) 272. İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində: в«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.в» (Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1) 273. İmam Sadiq (ə): в«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.в» (Müstədrəkul-Vəsail, c.8, səh.295, hədis 9485) 274. в«Küçədə-bazarda (bir şey) yeyən İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu: Küçədə -bazarda (bir şey) yeyen adam.в» (Vəsailuş-Şiə, c.116, səh.510, hədis 1). 275. əl-İxtisas: в«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.в» (əl-İxtisas, səh. 253) |