www.nice.az > Maraqlı Məlumatlar > Mən qorxuram

Mən qorxuram


22 avqust 2011. Müəllif: _ROCK_STAR_
Mən qorxuram


Mən özümü itirməkdən qorxuram...!

Qorxuram bir gün içində olduğum cəmiyyətə axın olub qarışmaqdan.

Qorxuram bir gün insanlara hərəsinin öz qiyməti varmış kimi baxmaqdan...

Qorxuram bir gün üzümdə insana qarşı inamın,mehribanlığın,nəvazişin itməsindən..

Qorxuram bir gün baxarkən insanın qəlbi oyadan gözlərimdəki parlaqlığın sönməsindən...!

Qorxuram bir gün gülməyi unudub,daş ürəkli olmaqdan...

Qorxuram bir gün ürəyimdəki göz yaşların quruyacağından...

Qorxuram bir gün aynaya baxdıqda haqqı deyil,nahaqqı görməkdən..

Qorxuram bir gün nəfsimi tanımadan məni məhv etməyindən..

Qorxuram bir gün əcəl evimə qonaq gəldikdə onu əliboş qarşılamaqdan...!!!