www.nice.az > Maraqlı Məlumatlar > Facebookda Saxta Xoşbəxtlik!
Facebookda Saxta Xoşbəxtlik!20 avqust 2011. Müəllif: Naxcione |
![]() Stanford Universitetindən Alex Jordanın etdiyi bir araşdırmaya görə Facebook profillərindəki fotoşəkillər insanların bədbəxt olmasına gətirib çıxarır. Yoldaşlarımızın profillərindəki fotoşəkillərə baxdığımızda ümumiyyətlə yoldaşlarıyla əylənərək,gülərək çəkdirdiyi tətil fotoşəkillərini görürük. Bunun yanında profil məlumatlarında yazdıqlarını oxuduğumuzda onun nə qədər mükəmməl bir həyata sahib olduğunu düşünüb öz həyatımızla müqayisə etməyə başlayırıq. Nəticədə bizdən başqa hər kəsin həmişə tətil etdiyini, yoldaşlarıyla əyləndiyini və sanki bir xoşbəxtlik dənizində üzdüyünü düşünürük. Bu vəziyyət təbii olaraq əhvalımızı pozur və gedərək böyük bir bədbəxtliyə çevrilir. Araşdırmanı edən qrupun ortaya qoyduğu doğrular isə işin əslinin heç də belə olmadığını sübut edir. Əslində profillərində dayanmadan gülərək gördüyümüz insanların çoxunun həyatı fikirləşdiyimiz kimi deyil. Hətta bəzilərininki bizimkindən daha pisdir! Həyatlarımızın Facebook profillərimizdən ibarət olmadığını ağıllardan çıxarmamaq lazımdır. Bəs siz heç belə hisslər keçirmisinizmi? |