www.nice.az > Maraqlı Məlumatlar > Dırnaqlarınızla xəstəliyi müəyyənləşdirin

Dırnaqlarınızla xəstəliyi müəyyənləşdirin


20 avqust 2011. Müəllif: vusaal
Dırnaqlarınızla xəstəliyi müəyyənləşdirin

Ağ dırnaq
Məsələn əgər sizin dırnağınız ağararaq, ətrafını nisbətən qara rəng əhatə edərsə
bu o deməkdir ki, sizin qara ciyərinizdə ciddi
problemlər var və sizdə çox güman hepatit xəstəliyi mövcuddur.

Sarı dırnaq
Əsasən göbələk xəstəliyindən dırnaqlarda yaranan
sarılıq, şəkər və bağırsaq xəstəliklərinə də işarədir.

Göyərmiş dırnaqlar
Azacıq göy rəngə çalan dırnaqlar bədənin kifayət qədər oksigen
almamasına, bağırsaqlarda üfunətin olmasına və bəzən diyabet xəstəliyinə işarə edir.

Dalğavari dırnaqlar
Dırnaların dalğavarı olması psoriasis adlı dəri xəstəliyindən xəbər verir.

Çartlamış dırnaqlar
Çatrlamış dırnaqlar əsasən dəri olan xəstəliklərə, xüsusən göbələk xəstəliyinə işarədir.

Qaralmış dırnaq
Əgər sizin dırnağınızda qaraltı müşahidə olunursa tez bir zamanda həkimə müraciət etməlisiniz.
Dırnaqda yaranan qaralıq, sizdə melanom adlı dəri xərçəngi xəstəliyinin tapılmasına işarədir.