www.nice.az > Maraqlı Məlumatlar > Dünyanın Günəş Enerjisiylə İşləyən İlk Yaxtası
Dünyanın Günəş Enerjisiylə İşləyən İlk Yaxtası17 avqust 2011. Müəllif: Naxcione |
![]() Almaniyada 26 milyon dollara tikilən dünyanın günəş enerjisiylə işləyən ilk yaxtası Turanor (J. R. R. Tolkienin Üzüklərin Hökmdarında, elf dilində "Günəşin Gücü" mənasını verir) PlanetSolar dünya turnesinə davam edir. Keçən sentyabr ayında Monacodan səfərə başlayan yaxta, dünən Hong Kongda sahilə yan aldı. Böyük maraq görən İsveçrə bayraqlı gəminin məqsədi, günəş enerjisinin təqdimatını etmək. Hong Kongdan sonra Singapur, Bombay, Abui Dabi, Süveyş Kanalı ilə Aralıq dənizinə çatacaq olan Turanorun son dayanacağı Monaco olacaq. - Uzunluğu: 31 metr - Genişliyi: 15 metr - Ağırlığı: 95 ton - Sürəti: Saatda 26 km - Günəş panellərinin sahəsi: 500 m2 - Heyəti: 6 adam - Ala biləcəyi yolçu sayı: 40 - İstehsal Müddəti: 14 ay - İstehsal yeri: Kiel, Almaniya - Xərci: 26 milyon dollar - Səyahət ettiyi yerlər: Pasifik Okeanı, Miami (ABŞ), Cancun (Meksika), Panama, Galapagos, Brisbane (Avstraliya), Cairns (Avstraliya), Manelə (Filipin), Hong Kong. |