www.nice.az > Maraqlı Məlumatlar > Gözəllik müsabiqəsinin 100 yaşlı qalibi
Gözəllik müsabiqəsinin 100 yaşlı qalibi12 avqust 2011. Müəllif: vusaal |
![]() O, 75 iştirakçı arasından seçilib ABŞ-ın Alabama ştatında qocalar evində yaşayan təqaüdçülər arasında gözəllik müsabiqəsi keçirilib. Müsabiqədə müxtəlif ştatlardan 75 qadın iştirak edib. Hər bir yarışmaçı öz qocalar evinin şərəfini qoruyub. Finala isə yalnız 10 gözəl keçib. Onlar bu mərhələdə münsiflər heyəti qarşısında həm də öz həyat tarixçələrini danışıb. Müsabiqənin qalibi 100 yaşlı Felma Şrimşayer olub. O, münsifləri öz tarixçəsi ilə heyran edib. F.Şrimşayer ABŞ-ın bütün ştatlarına səyahəti, eləcə də II Dünya müharibəsi dövründə orduda xidmətləri barədə xatirələrini danışıb. Qalib gözəllik tacı və diplomla təltif olunub. |