www.nice.az > Maraqlı Məlumatlar > Hansı formada yatırsan?

Hansı formada yatırsan?


10 avqust 2011. Müəllif: Naxcione
Hansı formada yatırsan?

İnsanın psixoloji problemlərindən xəbərdar olmaq üçün tibbi müayinə keçməyə bir o qədər də ehtiyac yoxdur. Onun hansı vəziyyətdə yatdığına diqqət yetirsəniz kifayət edər.

Böyrü üstə - döl vəziyyətində.

Özünə əmin olmayanlar, nevroza, depressiyaya meyilli olanlar bu formada yatırlar. Həmçinin qastrit və mədə yarası olan insanlar da bu cür yatmağa meyilli olurlar.

Böyrü üstə, əllər yastığın altında

Boyun osrexondrozu olanlar adətən bu formada yatırlar.
Böyrü üstə əlləri başın altına qoyaraq.
Xroniki rinit, tonzillat, qaymorit xəstəliklərinə işarədir.

Qarnı üstə yatanlar

İnadkar, azad, öz ünvanına tənqidi qəbul etməyənlərdir. Həmçinin onlarda mədə xəstəlikləri də ola bilər.

Kürəyi üstə

Stresslərə davamlı olan, lakin həddən artıq özünden razı insanlardırlar. Onları baş ağrıları və miqrən narahat etmə ehtimalı yüksəkdir.

Dişlərini qıcama

Bruksizm (dişləri qıcama) əl arasında yayılan məlumata görə bu orqanizmdə qurdların olmasından xəbər verir. Lakin əslində bu belə deyil. Elə insanlar var ki, düzgün ağız dadı olmur və ya ağızda həddən artıq qıcıq olur. Nevroza meyillilər də dişlərini qıcayır.

Səs-küylü yuxu

Yüksək səslə xoruldama yuxuda nəfəsin qısamüddətli dayanması ilə əlaqədardır. Bu da piylənmədən, aritmiya, ürək-damar xəstəliklərindən xəbər verir.
Aşağı səsli, 2-3 ay davam edən xoruldama soyuqdəymədəndir. Tam sağaldıqdans sonra xoruldama da yoxa çıxacaq.
3 aydan artıq davam edirsə, deməli burun çəpərində əyrilik var. Adenoid, hormonal dəyişiklik, siqaret çəkmə, alkoqoldan çox istifadədən də xoruldama yaranır.

Ayaqlar hərəkətdə

Narahat ayaqlar sindromu litrlərlə qəhvə içən, orqanizmində dəmir çatmayan, polinevritdən (ayaq və çanaq sümüyündə problem) əziyyet çəkənlərdə olur.

Mənimlə danış

Yuxuda nadir danışıqlar yorğunluqdan yaranır. Maraqlı gündən sonra, havanın qəfil dəyişməsindən və s.
Daimi boşboğazlıq, nevroza meyilli insanlarda da ola bilər.

Yuxunu yaxşılaşdırmaq üçün məsləhətlər:

1. Yatmamışdan yarım saat əvvəl isti süd və ya südlü, şirin bitki çayı için.
2. Yatanda nəfəsliyi açıq qoyun.
3. Yataq yalnız yuxu təəssüratı yaratmalıdır. Orada sadəcə uzanmaq və ya televizora baxmaq məsləhət deyil.
4. Yuxudan önce boyevikə baxmayın, dalaşmayın, vacib məsələləri həll etməyin.
5. Hər gün eyni vaxtda yatmağa çalışın.
6. Yatmağa hazırlaşmaq əsl rituala çevrilməlidir. Məsələn: öncə balıqlara baxırsınız, sonra kosmetikanızı silirsiniz. Daha sonra yatağı açırsınız və s.