www.nice.az > Maraqlı Məlumatlar > Akapulko haqqında məlumat
Akapulko haqqında məlumat11 avqust 2011. Müəllif: Naxcione |
![]() Meksikanın turizm mərkəzi sayılan Akapulko bütün cavanları özünə cəlb edir. Deyilənə görə, Akapulkoda bal ayı ilə başlayan evlilik çox möhkəm olur və heç vaxt dağılmır. Con və Ceki Kennedi, Bill və Hillari Klinton bal aylarını məhz burada keçiriblər. Qənd tozuna bənzəyən ağappaq qum, şəffaf su, kaktuslar, palmalar - sevgililər üçün əla mənzərədir. Əyləncələr şəhəri Akapulkoda kazino və restoranlar saysız-hesabsızdır. в«Burada qaldığınız müddətdə yağış yağarsa, oteldə sizdən yaşayış pulu alınmayacaqв» - bu cür elanlarla otel sahibləri müştəriləri cəlb edirlər. Ancaq bunu bilin ki, ilin 360 günü göydə buluddan əsər-əlamət olmur. Havanın temperaturu isə ilboyu 28-30 dərəcədə qalır. Akapulko dünyanın ən ucuz kurort şəhəridir. Burada bahalı otellər də var, ancaq günü 20-30 dollara ailə pansionatında və ya bunqaloda (birailəlik kiçik ev) əla istirahət etmək olar. Venesiyadan sonra Akapulko yeni evlənənlərin bal aylarını keçirdikləri ikinci şəhərdir. Meksikanın mirvarisi adlandırılan Akapulkoya bir dəfə gələn buraya yenə gəlmək istəyir. |