www.nice.az > Maraqlı Məlumatlar > ELM DÜNYASINI ALT-ÜST EDƏN ARAŞDIRMA

ELM DÜNYASINI ALT-ÜST EDƏN ARAŞDIRMA


24 sentyabr 2009. Müəllif: krik
ELM DÜNYASINI ALT-ÜST EDƏN ARAŞDIRMA

Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparılan bir araşdırmaya görə, C və E vitaminləri ya da beta keratin kimi güclü tasirə malik antioksidantlar xərçənginn qarşısını almır zənn edildiyinin əksinə bu xəstəliyin yayılmasına şərait yaradır.

Dünyanın ən məşhur saglamlıq jurnalı olan “Nature”də yayımlanan məqalədə, bu vitaminlərin xərçəng hüceyrələrini əmələ gətirən erbb2 geniylə eyni funksiyanı daşıdığını və xərçəng hüceyrələri üçün qida rolunu oynayaraq onların əmələ gəlməsi üçün zəmin yaratdığı qeyd edilib.

Amma mütəxəssislər bu vitaminlərin meyvə və tərəvəzlər kimi təbii yollar vasitəsilə qəbul edildikdə heç bir risk daşımadığını, vitamin dərman preparatı kimi qəbul edildiyi zaman təhlükəli olduğunu bildirib.

Harvard Universitetinin mütəxəssisi Joan Bruggerin rəhbərlik etdiyi tədqiqatın nəticələrinin yayımlandığı məqalədə, bu istiqamətdə olan araşdırmaların 1990-ci ildə başladığı qeyd edilib. Buna görə sınaqlar zamanı ilk növbədə siqaret çəkən insanlara beta keratin preparatları verilib. Amma bunun xərçəng riskini artırdığı müşahidə olunub. Daha sonra C və E vitaminlərində də oxşar təsirlər müşahidə edilib. Məqalə iki il əvvəl Glasgow Universiteti tərəfindən aparılan və C vitamini ilə yağ hüceyrələrinin birləşməsinin xərçəngin əmələ gəlməsini sürətləndirdiyini iddia edən araşdırmanı yenidən gündəmə gətirib.