www.nice.az > Maraqlı Məlumatlar > Səni idarə edən sağ beynindir, yoxsa sol beynin?
Səni idarə edən sağ beynindir, yoxsa sol beynin?26 iyul 2011. Müəllif: Naxcione |
![]() Alimlər insan beyninin 2 yarımkürəsi barədə müxtəlif nəzəriyyələri və bu iki yarımkürənin insan bədənindəki funksiya və idarəsini araşdırmış və araşdırmaqdadırlar. Ən son araşdırmalar göstərir ki, bu iki tip beyin sahibi insanlar informasiya və hadisələrə baxışı və reaksiyası tamamilə müxtəlif olur. Əksər tədqiqatlar müəyyən etmişdir ki, sağ beynin hökmranlıq etdiyi insanlar daha emosional və intuitiv sağ yarımkürə, sol beynin hökmranlıq etdiyi insanlar isə daha çox ardıcıllıq və məntiqi sol yarımkürə tərəfindən idarə olunur. Daha aydın desək, hər bir fərd öz beyin tipinə uyğun formalaşır. Insanı idarə edən beyin tipi onun təhsil bacarıqlarına, ona verilən tapşırıqların həllinə və həyata keçirməyinə, iş həyatına, insanlarla ünsiyyət və münasibətinə təsiri kifayət qədər böyükdür. Hansı beynin idarəsi altında olduğunu bilməklə sən öz yaşama metodlarını dəyişə bilər, öz cədvəlini yenidən göz gəzdirə və şəxsiyyətini daha doğru istiqamətdə formalaşdıra bilərsən. Saatına tez-tez baxanlardansan, yoxsa dərsin sonunda zəng səsi səni təəccübləndirənlərdən? Insanlar səni daha çox analitik adlandırır, yoxsa xəyalpərəst? Tipik olaraq, sol beyin insanlar daha dəqiq olurlar. Onlar tez-tez saata baxacaq, informasiyanın analizini ardıcıl və sıra ilə aparacaqlar. Əksərən onlar çox tədbirlidirlər, bu səbəbdən sol beyin tələbələr dəqiq elmlərdə çox uğurludurlar, verilən suallara cəld cavab verirlər. Sol beyin insanlar çox yaxşı Jeopardy oyunçusu ola bilərlər. (intelektual , cəldlik tələb edən Amerikan show-su) Uyğun olaraq, sağ beyin insanları xəyalpərəstlərdir. Onlar çox ağıllıdırlar və çox dərin düşünmə qabiliyyətləri vardır. Onlar social elmlərdə və incəsənətdə böyük uğurlara da imza ata bilərlər. Dəqiqliyi sevən sol beyin insanlardan fərqli olaraq, onlar daha çox qeyri-ixtiyaridir, və daha çox öz hissləri ilə hərəkət edirlər. Sağ beyin insanları olduqca intuitivdir, üstəlik yalan və hiyləni görməkdə rəqibləri yoxdur. Onlar çox yaxşı Survivor oyunçusu olarlar. Sağ beyinli insanlar İzahatlardan bezirsiniz, insanları bir nəzərlə analiz edə bilirsiniz... çox güman siz sağ beyin tərəfindən idarə olunursunuz. Xarakteristikalarınız : - Qeydlər edirsiniz, amma tez-tez itirirsiniz. Öz araşdırmalarınıza həddindən artıq çox vaxt sərf edirsiniz. - Qərar qəbul edərkən çox götür-qoy edirsiniz. - İnsanlarla yaxşı münasibət qurmağı bacarırsınız. - Çox xəyalpərəst görünürsünüz, amma daxilən dərin düşüncəlisiniz. - Siz nəsr yazmağı sevirsiniz və yaradıcı yazırsınız, rəsm çəkmək, musiqi ifa etməkdən zövq alırsınız. - Siz əslində çox yaxşı atletsiniz - Adi bir iş üçün xeyli vaxt itirə bilərsiniz - Çox şən və gülərüzsünüz - Gözlənilməz hərəkətlər edə bilərsiniz, bu sizi tanınmaz edir. - Özündə itənlərdən və emosianalsız - Göstərişləri oxumağı və ardıcıl etməyi sevmirsiniz - Oxuyaraq musiqiyə qulağa asa bilərsiniz və uzanaraq oxumağı sevirsiniz - “Izahı olmayanlarâ€la maraqlanmağı sevirsiniz - Fəlsəfi düşünürsünüz - Faktları sevmir və onlara arxalanmırsız, səbəbləri bilib araşdımağı, daha geniş yanaşmağı üstün tutursunuz. Məsləhətlər : 1. Xəyalpərəstsiniz, bu xüsusiyyətinizi idarə etməyi bacarın. 2. Təxəyyülünüzü incəsənətə tətbiq edin. 3. Qoyun intuisiyanız sizə sosial həyatda kömək etsin. 4. Hər birimizə həyatımızda nə isə yazmaq lazım olur. Yaradıcı yazmaq qabiliyyətinizi ortaya qoyun. 5. Cədvəl tərtib edin, özünüzü istiqamətləndirin. Daha nizamlı olmağa çalışın. 6. Insanlar haqda çox şübhəli düşünməyə son qoyun. 7. Çox gözəl təsvir etmə qabiliyyətiniz var, hekayələr yazın. 8. Başladığınız işi bitirin. İstedadlısınız, onu boğmayın. Sol beyinli insanlar Çox nizamlısız, həmişə düşünürsünüz ki, hər görülən işin doğru və yalnış yolu var... siz sol beyin insanlar qrupuna daxilsiniz. Xarakteristikalar : - Bütün fəaliyyətiniz “To-do listâ€ə - görülməli olan işlər siyahısına əsaslanır. - Texniki sahələrdə uğurlusunuz. - Rasional və məqsədyönlü insansınız. - Iş prosesində hazırladığınız materiallar dəqiq və etibarlıdır. - Otağınız həmişə qaydasında olur. - Göstərişlərə həmişə riayət edirsiniz. - Həssas deyilsiniz, duyğularınıza o qədər də əhəmiyyət vermirsiniz. - Oturaraq oxuyumağı sevirsiniz. - Hərəkətli, döyüş filmlərini sevirsiniz. Məsləhətlər: 1. Idarə etməyi sevdiyinizi nəzərə alaraq, istənilən situasiyada könüllü olun və irəliləyin. 2. Nəzm əsərlərə üstünlük verin 3. Insanlara qarşı çox tənqidi yanaşırsınız, bu xüsusiyyətinizi idarə etməyi bacarın 4. Qrupla içləmək sizi qiciqlandırır, bacardıqca tək işləməyi seçin. 5. Risk etməyi bacarın. Yaradıcı olmağa çalışın. |