www.nice.az > Maraqlı Məlumatlar > Dondurmanı kim fikirləşib?
Dondurmanı kim fikirləşib?6 iyul 2011. Müəllif: Mery |
![]() Bu sual amerikalılar, fransızlar və italyanlar arasında həmişə mübahisəli olub. Əslində, ilk dondurmasatan müəssisə Amerikada açılıb. Amma dondurmanı ilk dəfə ictimaiyyətə tanıdan İtaliyanın Genuya şəhərindən mühacirət etmiş bir italyan olub. Bu hadisə 1770-ci ilə təsadüf edib. Fransızlar iddia edirlər ki, hələ 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız şirniyyat ustası ilk dondurma şirkəti yaradıb. Dondurma necə yaranıb? Dondurmanın tarixi bizim eradan 3 min il əvvələ təsadüf edir. O dövrdə Çində varlılar ondan desert kimi istifadə ediblər. Onu süfrəyə dondurulmuş meyvə şirəsi şəklində veriblər. Dondurmanın reseptini isə ilk dəfə XIII əsrdə Çindən İtaliyaya məşhur səyyah Marko Polo gətirib. Ona bu resepti monqol xanı hədiyyə edibmiş. Polo dondurmanın hazırlanma prosesini özü görüb öyrənsə də, evinə qayıdanda ondan istifadə edə bilməyib. Digər bir rəvayətə görə, bir aşpazın dondurmanın hazırlanması haqqında xüsusi sirləri olub. Bu aşpazı Yekaterina Mediçi çox yaxşı tanıyıb. Yekaterina toyundan sonra Fransaya köçüb və həmin aşpazı da özü ilə birlikdə Parisə aparıb. Aşpazın hazırladığı dondurmadan dadan I Karl onu krallığın dondurmaçısı adlandırıb və hətta bu şəxsə ömürlük təqaüd də təyin edib. Amma aşpazın qarşısında şərt qoyub ki, dondurmanın hazırlanma qaydasını heç kimə öyrətməsin. Çünki bu soyuq desert krallığa aid qida hesab olunub. Beləliklə də dondurmanın hazırlanma qaydası təqribən 4 əsr gizli saxlanılıb. İlk dondurma şirkəti Parisdə yaradılıb Bu məşhur desertin istehsala buraxıldığı və ilboyu satıldığı ilk ölkə Paris olub. 1676-cı ildə 250 parisli konditer ilk dondurma şirkəti yaradıb. O illərdə dondurmanın hazırlanma üsulu hələ də rəsmən dövlət sirri hesab olunurdu. Yalnız 100 ildən sonra Vyanada aşpaz kitabı çap olunub və burada dondurmanın müxtəlif reseptləri açıqlanıb. Məşhurların dondurma sevgisi Rəvayətə görə, sərinləşdirici qida məhsulu kimi makedoniyalı İsgəndər üçün də dondurma hazırlanıb. Bu ləzzətli desert hətta Roma imperatoru Neyronun da süfrəsini bəzəyib. Napoleon Bonapart da dondurmanı çox sevib. III Henri isə ilin istənilən fəslində dondurma yeyib. Qəhvəli dondurma İlk qəhvəli dondurma 1799-cu ilin avqustunda Hamburqda hazırlanıb. Eskimo necə yaranıb? 100 illər əvvəl amerikalı Nelson şokolad içində dondurma yaradıb və bunu eskimo pirojnası adlandırıb. Müasir dövrdə hər birimizin çubuq üzərindəki şokoladlı dondurma kimi tanıdığımız в«eskimoв»nun adı da o vaxtdan qalıb. İlk qaymaqlı dondurma в«Plombirв» İlk qaymaqlı dondurmalar Fransanın Plomber-le-Ben şəhərində III Napoleonun dövründə hazırlanıb. Buna görə də bir çox dondurmanın adı məhz в«Plombirв» adlandırılır. Zaman keçdikcə bu desert bir çox ölkələrdə tanınıb. Sonralar onun tərkibinə müxtəlif əlavələr də edilib. Hazırda çeşidli dondurmaların vətəni İtaliya sayılır. Dondurma hazırlayan maşın XIX əsrdə ilk soyuducu maşın yaradılıb və bundan sonra dondurma hazırlanaraq satışa çıxarılıb. Əvvəl ayrı-ayrı xırda sahibkarlar, eləcə də bəzi restoran və qəhvəxanalar çox az miqdarda dondurma istehsal ediblər. Azərbaycanda isə ilk dəfə dondurma istehsalına 1934-cü ildə başlanılıb. |