www.nice.az > Maraqlı Məlumatlar > Maraqlı Sitatlar

Maraqlı Sitatlar


30 iyun 2011. Müəllif: Mikoladka
Maraqlı Sitatlar


İftira, qılıncdan daha zalım bir silahdır,
çünki böhtanın açdığı yaralar heç bir zaman bağlanmaz. ( Henry Fielding )

Bir böhtan başqa böhtanlar doğurar və
yerləşdiyi yerdə əbədi olaraq qalar. ( Shakespeare )

İftiralara ən yaxşı cavab, səssiz qalaraq verilər. ( Ben Johnson )

İnsan böhtanı ancaq əhəmiyyət verməməklə məğlub
edə bilər. Böhtan; ediləni deyil, edəni kirlədər. ( The Circle )

İftira pis it kimidir, qaçanın ardından hürür,
üzünə baxanda səsini kəsər. ( G. Csikye )

İftira, eşşək arısına bənzər, onu ilk vuruşda öldürə
bilməyəcəksiniz, heç toxunmamaq daha yaxşıdır. ( Corc Bernand Show )

İnsan ümumiyyətlə başqasına sürmək istədiyi palçığa bulanar. ( Cenap Şebabeddin )

Məqsəd böhtan atmaq olduqdan sonra, deyiləcək
sözmü olmaz, fəzilət belə böhtanın çörəyinə yağ sürər. ( Lesage )

İnsan dünyada bir Haqqdan, bir də
haqsız olmaqdan qorxmalıdır. ( Abdülbak Hamid Tarban )

Haqq hər şeyin üstündədir, sərt küləklər onu aşırda bilməz. ( Tofiq Fikrət )

Haqlı olan bir iddia, gec-tez müzəffər olar. ( J. Simon )

Haqsızlıq etmək, haqsızlığa uğramaqdan daha ağırdır. ( Socrat )

Vəzifə ilə haqq, anaları azadlıq olan iki qardaşdır.
Onlar eyni gündə doğular, böyüyər, yetkinləşər və itərlər. ( V. Cousin)