www.nice.az > Maraqlı Məlumatlar > Məğzi nədiki nə də Adı olsun !!!
Məğzi nədiki nə də Adı olsun !!!25 iyun 2011. Müəllif: Mikoladka |
Az yaşımda çox şey öyrəndim mən Soyuducunu açarkən içərisində olmayanların olmasını dilədim hər gecə yatmamışdan əvvəl Çox yemək və bu gecə acqarnımı deyil, toxluqdan üsyan edən mədəmi ucaqlayıb yatmaq istədim. Bir də anamın mənə öz əlləri ilə tikdiyi şalvarı geyinmək istəmirdim daha. Parçası nazik idi, həm də tikişləri bilinirdi artıq 3-4 dəfə yuyulduğundan. Atamın anama toxundurduğu sığallar şilləyə çevriləndə cəllad olmaq istəyirdim Şah mənə əmr edərdi atamı öldürmək üçün, mənsə şahın sözündən çıxa bilməyib atamı qəddarlıqla və anama söylədiyi təhqiredici sözləri deyə deyə, gülə gülə və bir az da söyə söyə öldrərdim onu. Sonra bacımla dalaşmamaq istəyərdim Axı o.. Axı o əvvəlki kimi güclü deyildi. Həm ürəyi də zəif atırdı artıq. Ona hər baxdığımda son dəfə görürmüş kimi baxır, sağollarımı hər dəfə vida notalarına bürüyürdüm. Birgün açılacaq və bacım olmayacaq deyə özümü günahkar hesab edirdim. Axı onun saçlarını az yolmamışam mən. Bir də məni aldadan sevgilimin qardaşıyla eşq yaşamaq istərdim Onun yatağında, onun otağında, onun çarpayısında, onun ayaq səslərinə qarışmış iniltilərlə aldatmaq istərdim onu. Sonra Allahı aldadardım Bütün gecəni yatmayıb namaz qılır, həran ona dua etdiyimi deyərdim arsızca. Başımı önə əyməzdim utanmazcasına. Ən sonda cırmaq istəyərdim cismimi. Ruhumu atardım bədənimdən Bir də mənə bu yazını yazdıran şeytanın üzünə tüpürmək istəyərdim. Qarşısına keçib ona lənət oxuyardım bağıra bağıra.. |