www.nice.az > Maraqlı Məlumatlar > ABŞ haqqında
ABŞ haqqında22 iyun 2011. Müəllif: Ice |
![]() Azərbaycanca: Amerika Birləşmiş Ştatları (ABŞ) İngiliscə: United States of America (USA) Amerika Birləşmiş Ştatları ∓ Şimali Amerika materikində, Amerika qitəsində yerləşən ölkə. Sahəsinə görə Rusiya, Kanada və Çindən sonra 4-cü yeri tutur. Sahəsi 9.631.418 kv. km-dir. Kanada və Meksika ilə quru sərhəddinə malikdir. Ölkə üç okeanla əhatələnmişdir. İki ştatı ölkədən ayrıdır (Alyaska və Havay). Şimali Amerikanın şimal-qərb hissəsi (Alyaska), Sakit (Havay, Quam, Şərqi Samoa, və s.) və Atlantik okeanındakı (Puerto-Riko, Sent-Kruz və s.) bir sıra adalar da ABŞ-a məxsusdur. Ölkənin paytaxtı Vaşinqtondur (567.000 nəfər). ABŞ-ın relyefində Kordilyer dağları, Appalaç dağları, Misisipi, Mesikasahili və Atlantiksahili ovalıqlar, Mərkəzi və Böyük Düzənliklər əsas yer tutur. ABŞ ərazisi tropik, subtropik, mülayim, subarktik və arktik iqlim qurşaqlarında yerləşir. ABŞ Ð²â‚¬â€œ dövlət başçısı prezident olmaqla, federativ (50 ştat və Kalumbiya federal ərazisi) respublikadır. Ali Qanunverici orqan ikipalatalı (senat və nümayəndələr) parlament ∓ Konqresdir. Prezident 4 il müddətinə yalnız 2 dəfə seçilə bilər. Ölkədə ikipartiyalı (Respublikaçılar və Demokratlar) sistem mövcuddur. ![]() Əhalisinin sayı 307.198.000 nəfərdir (21.08.2009). Əhalisinin sayına görə Çin və Hindistandan sonra üçüncüdür. Əhalisinin sayına görə birinci Kaliforniya (30 mln. nəfər), ikinci Nyu-York, üçüncü isə Texas ştatlarıdır. Əhalinin təbii artımı hər min nəfərə 10-15 nəfərdir. İmmiqrasiya prosesi də intensiv olduğu üçün ölkə əhalisinin illik mütləq artımı 3 mln. nəfərdən çoxdur. Ölkənin rəsmi dili ingilis (amerikan) dilidir. ABŞ çoxmillətli ölkədir. Əhalinin orta sıxlığı 31 nəfər/kv. km-dir. Əhalinin 80%-i Atlantiksahili ştatlarda məskunlaşmışdır. Urbanizasiya səviyyəsi yüksəkdir. Ölkədə Bosvaş, Çipits və Sansan meqapolisləri formalaşmışdır. “Milyonçu†şəhərləri Nyu York, Çikaqo, Los Anceles, Hyuston, Filadelfiya, Feniks, San-Diyeqo, Dallas və San-Antoniodur. Ən iri nəqliyyat qovşağı Çikaqodur. Turizm mərkəzi Florida və Kaliforniyadır. Kənd yerlərində fermer tipli məskunlaşma üstünlük təşkil edir. İqtisadi cəhətdən fəal əhalinin в¾ hissəsi xidmət sahələrində çalışır. ABŞ-da bazar iqtisadiyyatı qanunları ilə tənzimlənən çoxsahəli təsərrüfat formalaşmışdır. Ölkənin geniş ərazisi, təbii resursları, dolların dünya iqtisadiyyatında hakim mövqeyi və s. təsərrüfatın inkişafı üçün stimul təşkil edir. 2007-ci ildə ümummilli gəlir 13.8 trln. $ olmuşdur (kənd təsərrüfatı ∓ 1%, sənaye ∓ 20%, xidmət sahələri ∓ 79%). ABŞ əhalinin həyat səviyyəsinə görə dünyada 6-cı yeri tutur. ABŞ Böyük Səkkizlərə daxil olan inkişaf etmiş ölkədir. |