www.nice.az > Maraqlı Məlumatlar > Bakının mərkəzi parkı

Bakının mərkəzi parkı


28 may 2011. Müəllif: NiXaTo
Bakının mərkəzi parkı

Bakının Səbail rayonu ərazisində yerləşən Filarmoniya parkında dincəlmək sakinlər üçün baha başa gələ bilərdi.

Milli.Az xəbər portalının məlumatına görə, bu gün saat 15:00 radələrində külək parkın ərazisində böyük ağaclardan birinin iri budağını qoparıb. Qopan budaq, xoşbəxtlikdən yaxınlıqdan keçən sakinlərdin başına düşməyib.

Ərazidə ağacın fəsadlarını aradan qaldıran Bakı Abadlıq İdarəsinin əməkdaşları, ağacın qopmasını çürüyən budağın küləyin təsirinə tab gətirməməsi ilə əlaqələndirirlər.