www.nice.az > Maraqlı Məlumatlar > Maraqlı Saytlar
Maraqlı Saytlar13 may 2011. Müəllif: fidaska |
![]() 1) www.photofunia.com Bu sayt vasitəsi ilə siz öz şəkillərinizi montaj edə və ya onlara xüsusi effektlər verə bilərsiniz. Sayt ingilis, rus və alman dillərindədir və işlətmə qaydası çox sadədir. Sayta daxil olursunuz və sizə lazım olan effekti seçirsin. Effekti seçdikdən sonra hər hansi bir şəkli (kompüteriniz yaddaşindan) seçirsiniz (hökman şəkildə insan sifəti olmalıdır). Şəkilin həcmi 500kb-dan artıq olmamalıdır. Bir neçə saniyəyə və ya dəqiqəyə hazır olacaq (Şəklin tez hazır olmağı internetin sürətindən asılıdır). Bu saytdan istifadə üçün güclü internet sürəti lazım deyil, dial-up (56K) modemlərdən daxil olanlar da rahat istifadə edə bilərlər. 2) www.imagechef.com Bu sayt vasitəsi ilə siz istədiyiniz sözləri müxtəlif effektlərlə şəkillərə və animasiyalara əlavə edə bilərsiniz. Hazırlayandan sonra həmin şəkli və animasiyanı başqa sayta qoymaq üçün kod da verir. Bu sayt vasitəsi ilə siz saytınızın bannerini də hazırlaya bilərsiniz. Photofuniadakı kimi bu satytda da şəkillərə muxtəlif effektlər verə bilərsiniz. Şəkillərin həcmi 3mb-dan artıq olmamalıdır. Hazırladığınız şəkilləri də kod vasitəsi saytınıza əlavə edə bilərsiniz. Sayt ingilis, türk, ispan, portuqal, alman, italyan və fransız dillərindədir. 3) www.dot.tk Bu sayt blog saytları olanlara aiddir. Bəzən blog saytların adı uzun olur və yadda saxlamaq olmur. Məs: www.?????.azersayt.com, www.?????.ucoz.com və s. Ancaq bu sayt vasitəsi ilə pulsuz TK Domain ala bilərsiniz. Məs: www.?????.tk. Artıq bir neçə blog saytlar bu sayt vasitəsi ilə qeydiyyatdan keçiblər. Məs: www.capitol.azersayt .com в†’ www.sunami.tk Sayt ingilis, rus, ispan, alman, portuqal, niderland, fransız və s. dillərdədir. 4) www.3jam.com Bu saytı bəlkə çoxlarınız tanıyırsınız. Bu sayt vasitəsi ilə siz dünyanın istənilən yerinə, bütün mobil operatorlarına pulsuz SMS göndərə bilərsiniz. Saytla işləmək çox asndı, daxil olduqdan sonra qeydiyyatdan keçin. Qeydiyyatdan keçdikdən sonra, elə bil sizin telefonunuzun məktub bölmasinə daxil olursunuz. Tez-tez SMS göndərdiyiniz şəxslərin mobil nömrələrini kontakt siyahısına sala bilərsiniz və s. Sayt ingilis dilindədir. 5) www.digg.com Sayt professional deyil, şəxsi sayta. Şəxsi saytların gəlirinə görə dünyada 2-ci yerdədi(ayda 250000$). Ancaq çox maraqlı saytdır. Maraqlı videolar, şəkillər, xəbərlər, texnalogiya və s. Sayt ingilis dilindədir. 6) www.azersayt.com Bu sayt Azərbaycanın saytıdır. Saytda qeydiyyatdan keçməklə blog sayt əldə etmiş olursunuz. Sayt azərbaycan dilindədir və işlətmə qaydası çox asandır. Sizə upload etmək üçün limitsiz host təqdim olunur. Qeydiyyatdan keçdikdən sonra sizə təqdim olunan domain bele olacaqdır: www.?????.azersayt.com . Əgər bu domain xoşunuza gəlməsə sizə təqdim etdiyim www.dot.tk saytı vasitəsi ilə domaini dəyişdirə bilərsiniz. 7) www.poqbum.com Bu sayt əsasən blog sayt istifadəçiləri üçün nəzərdə tutulub. Bu sayt vasitəsi ilə siz, öz saytınıza müxtəlif cür flash saatlar, flash animasiyalar, şəkilli linklər, banner, saytınız üçün online oyunlar, background qoya bilərsiniz. Sayt ingilis, alman, rumın, italyan, ispan və rus dillərindədir. |