www.nice.az > Maraqlı Məlumatlar > Müdrikdən soruşmuşlar
Müdrikdən soruşmuşlar23 avqust 2009. Müəllif: Birtanem |
![]() Bir müdrikdən sormuşlar: "Əfəndim, dünyada ən çox kimi sevərsiniz? "Dərzimi sevərəm." deyə cavab vermiş. Sualı soruşanlar çaşmışlar: "Aman ustad, dünyada sevəcək o qədər çox kimsə varkən dərzi də kim olur? "O da haradan çıxdı? Niyə dərzi?" Müdrik, bu suala da belə cavab vermiş: "Dostlarım, bəli mən dərzimi sevərəm. Çünki ona hər getdiyimdə, mənim ölçümü yenidən götürər. Amma o birilər elə deyil. Bir dəfə mənim haqqımda qərar verərlər,ölənə qədər də, məni həmişə eyni gözlə görərlər. Bir müdrikə soruşmuşlar: - Bir insanın zəkasını haradan anlarsınız? - Danışmasından. - Ya heç danışmazsa? - O qədər ağıllı insan yoxdur ki!.. Bir müdrikə necə bu qədər doğru qərarlar ala bildiyini soruşmuşlar? "Təcrübə" demiş. "O təcrübəni necə qazandın?" deyə soruşmuşlar "Səhvlərimlə. "demiş. Bir müdrikə " Necə insan olarıq?" deyə soruşmuşlar. "Üç addım atlama" kimi bir cavab vermiş müdrik adam: "Əvvəl sənə pislik edənlərə pislik düşünməməyin gəlir, İnsanlığa atdığın ilk addım budur... Sənə pislik edənlərə yaxşılıq edə bildiyin an isə ikinci böyük addımı təyin edər və həqiqi insan olmağa başlarsan. Nəhayət, sənə yaxşılıq edənlə pislik edən arasında bir fərq hiss etməyəcək hala gəldiyin zaman insan olarsan." Müdrikə soruşmuşlar dünya da ən gözəl şey nə deyə? "Sevmək" demiş... "Yaxşı sonra?" demişlər... "Sevilmək" demiş... "Yaxşı bəs niyə sevmək sevilməkdən əvvəl gəlir?" demişlər... O da demiş ki "İnsan sevdiyinə sevildiyindən daha çox əmindir.." |