www.nice.az > Maraqlı Məlumatlar > Tofiq Bəhramov

Tofiq Bəhramov


15 aprel 2011. Müəllif: abnavir
Tofiq Bəhramov

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub.
Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya) - "İntependyente" (Argentina) idarə edib.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü в«Qızıl ilahəв» mükafatını təqdim edib.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il dünya çempionatında da hakimlik edib. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Bəhramov haqqında sənədli film də çəkilib.
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.