www.nice.az > Maraqlı Məlumatlar > 9 yaşlı qız ''ölüm mələkləri'' ilə yatır-durur, oynayır
9 yaşlı qız ''ölüm mələkləri'' ilə yatır-durur, oynayır15 aprel 2011. Müəllif: hebibi_p |
![]() ![]() ![]() "Kral kobrası" dünyanın ən zəhərli, qəddar və təhlükəli ilanlarından biri sayılır. Bu kobra özü kimi ilanları, xüsusilə də kobraları yeməklə, habelə çaldığı insanı dərhal öldürməklə tanınır. Üstəlik, bütün kobralardan fərqli olaraq, kral kobrası heç bir səbəb olmadan insana hücum edir və aqressivliyi ilə seçilir. Amma Hindistandakı insanların "ölüm mələyi" adlandırdıqları bu ilanı ram edən də var. "Asia Online"a istinadən bildirir ki, Hindistanın Uttar Pradeş ştatındakı Qatampur kəndində yaşayan 9 yaşlı Kajol Xanın ən səmimi, sadiq və yaxın dostları məhz iki kral kobrasıdır. Balaca Kajol "dost"larını boynuna salıb kəndin tozlu küçələrini dolaşanda camaat pərən-pərən düşür. Balaca Kajolu isə kənd məktəbindən qovublar. Sən demə, o, dərslərdən birinə çantasında ilanlarını aparıbmış. |