www.nice.az > Maraqlı Məlumatlar > Düşündürücü kəlmələr

Düşündürücü kəlmələr


15 aprel 2011. Müəllif: hebibi_p
Düşündürücü kəlmələr

Bir kişinin bir xanıma söyləyə biləcəyi ən gözəl söz; "bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir..

Kişi adam ağlamayan deyil, bir qadını ağlatmayandır.

İnsanlar nə qədər ağıllı olursa olsun, sevdiyi adamın bir sözünə aldanacaq qədər axmaqdır əslində..

Hamı elə dünya malının arxasına düşüb. Kimimiz eşq arxasında kimimiz pul. Niyə hamı 2 planda da digər dünyanı heç düşünmür ?..

Susmaq deyil söyləmək idi əməlim.. Razıyam sükunətə lakin "Kəlimeyi şəhadət"dən sonra gəlsin əcəlim!.. Amin..

Düşündürücü kəlmələr
Bir daha dünyaya gələsən necə bir həyatıvun olmasını istərdin' sualına kim nə cür cavab verərdi bilmirəm amma, mən 'eyni ananın övladı olmaq istəyərəm' cavabını verərdim..

Təmiz ürəkli insanlar heç bir zaman rahat həyat yaşaya bilməzlər, çünki özlərini başqalarının xoşbəxtliyi üçün fəda edərlər...!!.

Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar, çünki unutma, insan səhvlərini xoşbəxtkən deyil, bədbəxtkən anlar..

Eşq nə vaxt bitər bilirsənmi ? Bitdi dediyində ürəyin ağrımırsa..

Boş boş sevirəm deməklə olmaz; göstərəcəksən sevdiyini, hiss etdirəcəksən. Edə bilmirsənmi? O zaman yoldan çəkiləcəksən !..