www.nice.az > Maraqlı Məlumatlar > Kontak linzalar

Kontak linzalar


1 aprel 2011. Müəllif: Sparrow
Kontak linzalar

Kontakt linzalar miyopiyanın qarşısını alır
Aparılan bir araşdırma nəticəsində, yeni kontakt linzaların miyopiyanın inkişafının qarşısını ala biləcəyi müəyyənləşib. Görmə və Oftolmoloji Araşdırmalar Dərnəyinin illik toplantısında təqdim edilən araşdırmada, beynəlxalq araşdırma qrupu, yaşları 7 və 14 arasında dəyişən 100 miyop çinli uşaq üzərində kontakt linzaları sınaqdan keçirib.
6 ay sonra, xüsusi linzadan istifadə edən uşaqlarda digər qrupla müqaisədə miyop xəstəliyinin inkişafının 54% azaldığı bildirilib. Tədqiqatçılar, bu linzalarla daha uzun müddətli sınaqlar həyata keçirilməsininin vacib olduğunu bildirib. Mütəxəssislər miyop xəstəliyinin nəzarət altında tutulmasında yeni nəsil kontakt linzaların ümid verici olduğunu ifadə ediblər.