www.nice.az > Maraqlı Məlumatlar > Qadının vurduğu ətir 30 nəfəri xəstəxanalıq etdi
Qadının vurduğu ətir 30 nəfəri xəstəxanalıq etdi13 avqust 2009. Müəllif: braTIK |
![]() ABŞ-ın Texas ştatında bir qadının bankda ətir vurması 30 nəfərin səhhətində problemlər yaradıb. İlk olaraq bankın iki işçisi özlərini nasaz hiss ediblər. Sonra isə Bankın müdiri özünü pis hiss edənləri çölə çıxmağı təklif edib. Nəticədə bankdan 150 nəfər çıxıb. İlkin məlumat olaraq bankda qaz sızması olduğu bildirilib. Hadisə yerinə gələn xilasedicilər bankda axtarış aparıb amma qaz sızmasına rast gəlməyiblər. Araşdırmalar nəticəsində aydın olub ki, hadisənin səbəkarı bir qadın olub. Onun istifadə etdiyi ətir 30 nəfərin səhhətində problemlər yaradıb. Hal-hazırda bu ətirin hansı şirkətə məxsus olduğu araşdırılır. |