www.nice.az > Maraqlı Məlumatlar > Kimya professorunun məntiqli cavabı

Kimya professorunun məntiqli cavabı


6 mart 2011. Müəllif: ayorxannur
Kimya professorunun məntiqli cavabı

Kimya professorunun məntiqli cavabı


Bir kimya professoru Nobel mükafatı almışdı. Elə ilk dərsində tələbələrindən biri ondan soruşdu:

- Amerikada üç mindən çox kimya professoru var. Ancaq bu qədər alim arasında mükafata sizi layiq gördülər. Elə isə, sizi o birilərindən fərqləndirən nədir?

Professor bu sualı, əvvəlcə, təbəssümlə qarşıladı. Sonra da ondan maraqla cavab gözləyən tələbəsinə bunları dedi:

- Əslinə qalsa, bunların hamısını anama borcluyam! Çünki hələ ibtidai sinifdə ikən o biri uşaqların anaları məktəbdən evlərinə qayıdanda onlardan: “De görüm, müəllimin verdiyi suallara yaxşı cavab verə bildinmi?” - deyə soruşurdular. Mənim anam isə əksinə: “De görüm, bu gün müəlliminə yaxşı bir sual verə bildinmi?” - deyirdi. Məni başqalarından fərqləndirən də elə bu oldu. Həmişə başqalarının verə bilmədiyi sualları verdim və həyatım boyu da verməkdə davam etdim.