www.nice.az > Maraqlı Məlumatlar > Avropanın ən hündür binası Türkiyədədir
Avropanın ən hündür binası Türkiyədədir5 mart 2011. Müəllif: ayorxannur |
![]() Avropanın ən hündür binası Türkiyədədir “İstanbul Sapfirâ€in inşasına 250 mln. dollar vəsait xərclənib. Türkiyənin də ən hündür binası ünvanını daşıyan “Sapfirâ€də seyretmə yeri (236 m hündürlükdə), ticarət mərkəzi (46 min kvadratmetr), bağça (200 m hündürlükdə) və qolf meydançası (163 m hündürlükdə) var Türkiyənin İstanbul şəhərində hündürlüyü 261 metr olan “İstanbul Sapfir†(“İstanbul Sapphireâ€) binası istifadəyə verilib. Bu, Avropanın ən hündür binasıdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan bina “Kiler Holdinq†tərəfindən inşa edilib. “Kiler Holdinqâ€in idarə heyətinin rəhbəri Nahit Kilerin sözlərinə görə, “İstanbul Sapfirâ€in inşasına 250 mln. dollar vəsait xərclənib. Türkiyənin də ən hündür binası ünvanını daşıyan “Sapfirâ€də seyretmə yeri (236 m hündürlükdə), ticarət mərkəzi (46 min kvadratmetr), bağça (200 m hündürlükdə) və qolf meydançası (163 m hündürlükdə) var. Ticarət Mərkəzini il ərzində 15 mln. yerli və xarici vətəndaşların ziyarət edəcəyi gözlənilir. Dünyanın ən hündür 97-ci binası olan “Sapfirâ€in sahəsi 165 min kvadratmetrdir. 66 mərtəbədən ibarət binada mənzillərin 1 kvadratmetrinin qiyməti 7-12 min dollar arasında dəyişir. N. Kiler deyib ki, “Sapfirâ€in inşasında 108 min kubmetr beton, 29 min ton dəmir və 55 min kvadratmetr şüşə istifadə edilib. |