www.nice.az > Maraqlı Məlumatlar > Əsəb pozan insan tipləri

Əsəb pozan insan tipləri


6 mart 2011. Müəllif: hebibi_p
Əsəb pozan insan tipləri

Yalnız mən, mən, mən deyənlər


Söhbət ortası yerli yersiz yalnız özlərindən danışmaqla qalmayıb sözünüzü kəsən
və sonra şəxsi dərdlərini izah etməyə keçənlər… Dünyanın öz ətrafında döndüyünü təsəvvür edənlər.

Yüksək səslə danışanlar

Qışqıra qışqıra danışan insanlar.

Artıq o səs səviyyəsi onlara normal gəlməyə başlamışdır. Baş ağrıdan insanlar.

Telefon asılıları


Bu insanlar üçün telefon ən önəmli bir şeydir. Onunda dərdinizi bölüşərkən belə telefona baxır.
Siz onunla dərdinizi bölüşərkən süni gülüşlərlə yola verən insanlar..


Yeməyinizdən yeyənlər


Bir qrup insanlar varki başqasının yeməklərindən bir pay götürməyi özlərinə zövq sayırlar.

Hər mövzuda fikri olanlar


Onların mütəxəssislik sahələri həyatdır, elmdir, sənətdir, səbətdir, hər şeydir.
Hər mövzuda çox dəqiq fikirləri, sizinkinə qarşılıq irəli sürəcəkləri bir tezisləri vardır.