www.nice.az > Maraqlı Məlumatlar > MP3 -ün sonu gəlir?!
MP3 -ün sonu gəlir?!7 avqust 2009. Müəllif: XP |
![]() Bir vaxtlar vardı ki, bütün mahnılar internet dünyasında sadəcə "wma", "ogg", "amr" və başqa formatlarda idi. Hələ "mp3" o qədər də məhşurlaşmamışdı. MP3 artıq məhşurlaşdığı ilk vaxtlarda bir çox internet saytlar ciddi böhranlara düşdülər... Çünki bizim əksər saytlarımızdan fərqlı olaraq həmin saytlar müğənnilərin mahnılarını satın aldıqdan sonra, lisenziyalı şəkildə öz saytlarında nümayiş etdirirdilər. Ancaq format dəyişdiyindən artıq mp3 -dən başqa formata ehtiyac qalmadı, yəni belə saytlar da artıq lazımsız idi. Ancaq... artıq... mp3 formatının özü də tarixə keçə bilər!!! Çünki Apple şirkəti yenə də öz inkişafı ilə irəliləyir. Yeni yaratmış olduğu Cocktail adlı formatla mp3 -ü çox geridə qoyur. Belə ki, artıq səs daha təmiz, daha keyfiyyətli olacaq. Bundan əlavə bu format bir çox başqa üstünlüklərə də malikdir. Artıq bu formatda mahnının sözləri, albom haqqında bütün məlumat və müğənni haqqında ətraflı məlumat və s. olacaq. Hələ ki bu formatı İPOD və İPHONE dəstəkləyir. Başqa heç bir telefon dəstəkləmir. Əgər yaxın vaxtlarda bütün mahnılar Cocktail formatına yayımlanarsa artıq təzə mahnıları öz telefonlarınızda dinləməyi indidən unudun... Yeni format layihəsi reallaşdıqdan sonra Azərbaycanın və Dünyanın bir çox mp3 saytları öz əhəmiyyətini itirmiş olacaq... Hazırladı & Tərcümə etdi: XP |