www.nice.az > Maraqlı Məlumatlar > Mikrobsuz klaviatura dövrü başlayır?

Mikrobsuz klaviatura dövrü başlayır?


4 mart 2011. Müəllif: ayorxannur
Mikrobsuz klaviatura dövrü başlayır?

Mikrobsuz klaviatura dövrü başlayır?


İnsan sağlamlığına təhdid olan bakteriyalardan yaxa qurtarmaq üçün ABŞ-ın səhiyyə müəssisəsi olan “Sil Şelt” firması antimikrob xüsusiyyətlərə malik klaviatura və lazer siçan texnologiyasını inkişaf etdirir
Kompyuterin ən az dəyişdirilən hissələri olan klaviatura və “siçanlar” çox təmizlənsələr də, bakteriya yuvası olmaqdan xilas ola bilmirlər. İnsan sağlamlığına təhdid olan bakteriyalardan yaxa qurtarmaq üçün ABŞ-ın səhiyyə müəssisəsi olan “Sil Şelt” firması antimikrob xüsusiyyətlərə malik klaviatura və lazer siçan texnologiyasını inkişaf etdirir. Simsiz olaraq hazırlanan klaviatura və “siçan” dəsti su da keçirmir. Bu dəst kirlənəndə birbaşa qabyuyan maşında yuyula da bilər.
Onun başqa bir üstünlüyü isə digər klaviatura və “siçanlarla” müqayisədə 10 faiz daha çox enerjiyə qənaət etməsidir. Qiymətinin isə cəmi 39 ABŞ dolları olması müştərilərin daha çox diqqətini cəlb edir.