www.nice.az > Maraqlı Məlumatlar > Qoca və gənc

Qoca və gənc


5 avqust 2009. Müəllif: Birtanem
Qoca və gənc

Xarici ölkələrin birində universitet bitirmiş savadlı bir gənc vətəninə ateist olaraq dönür. 3 sualına heç kimsə tərəfindən cavab tapmayan gənc bir qocaya yaxınlaşıb deyir:
-Qoca sənə 3 sualım var. Onlara cavab verə bilərsənmi?
Qoca:
-İnshaallah verərəm.
Gənc:
-Mən bu sualları alimlərə belə vermişəm amma cavab verə bilməyiblər. Sən savadsız bir qoca necə cavab verəcəksən?
Qoca bir daha:
-Allahın izni ilə cavab verərəm oğlum.
Gənc:
-1.Allah varmı? Egər o həqiqətən də mövcuddursa mənə onu göstər?
2. Qismət nədir?
3. əgər şeytan atəşdən yaradıldısa nə üçün cəhənnə göndərilir? Cəhənnəm də atəşle doludur. Atəş atəşi necə yandıra bilər?
Bu an qoca gəncin başinda saxsı bir qab sındırır. Gənc başının ağrısından ufuldaya-ufuldaya:
-Niyə hirsləndin?
Qoca:-Hirslənmədim. Bu sənin ilk sualının cavabıdır.
Gənc:-Heç nə başa düşmədim.
Qoca:-Başında bu saxsı sınınca özünü necə hiss etdin?
Gənc:-Təbii ki, başim çox ağrıdı.
Qoca:-Yəni ağrının olduğuna inanırsan, deyilmi?
Gənc:-əlbətdə
Qoca:-Onda mənə onu göstər.
Gənc:-Axı göstərə bilmərəm
Qoca:-Bu mənim ilk sualına cavabım. Hamı Allahın varlığını hiss edər amma görməz. Indi 2-ci suala cavab. Dünən gecə yuxunda sənin başında bu gün bu saxsını sındıracağımı gördünmü? Və ya kimse sənə bunu dedimi?
Gənc:-Yox
Qoca:-Heç bu gün belə bir şey olacağını fikirləşdinmi?
Gənc:-Yox
Qoca:-Bax demək ki, bu sənin qismetin imiş. Indi 3-cu suala cavab. Biz insanlar nədən yaradıldıq? Torpaqdanmı?
Gənc:-Bəli torpaqdan.
Qoca:- Onda bu saxsı da torpaqdan yaradılmadımı? Bax görürsən...... Allah istəsə atəşdən yaratdığı şeytanı ele atəşdəcə cezalandırar.......