www.nice.az > Maraqlı Məlumatlar > Bilirdinizmi?

Bilirdinizmi?


2 avqust 2009. Müəllif: M1rZ3
Bilirdinizmi?

» Yer üzündə ən şiddətli küləyin, saatda 509 km sürətlə 1999-cu ildə Oklahomada əsdiyini,

» Bir insanın, gözünü gündə ortalama 100.000 dəfə qırpdığını,

» 3-cü minilliyin 365.242 gün davam edəcəyini,

» ABŞ-ın California əyalətinin Ukiah şəhərində tapılan və 112,8 metr uzunluğundakı ağacın dünyanın ən uzun ağacı olduğunu,

» Kenquruların geri gedə bilmədiklərini,

» İstakozların qanının mavi rəngdə olduğunu,

» Ağcaqanadların 47 dənə dişi olduğunu,

» Zürafələrin, 35 sm uzunluqda qara bir dilə sahib olduqlarını,

» İlbizlərin 25.000 ətrafında dişləri olduğunu,

» Timsahların daha dərinə bata bilmək üçün daş udduqlarını,

» Xəstələnməyən tək heyvanın köpək balığı olduğunu,

» Pinqvinlərin, üzə bilən lakin uça bilməyən tək quş olduğunu,

» İnsanların ölümünə ən çox səbəb olan heyvanın ağcaqanad olduğunu,

» Bir ağcaqanadın sürətinin saatda 8 kilometr olduğunu,

» Atların bir ay qədər ayaqda qala bildiklərini,

» Böyükcə bir delfinin gündə 2 ton yemək istehlak etdiyini,

» Bir qarışqanın, öz ağırlığının 50 misli qədər olan bir ağırlığı qaldıra bildiklərini,

» Bir birənin, öz böyüklüyünün 150 misli qədər yüksəkliyə tullana bildiyini,

» Yaxşı baxılan və erkən yaşlarda sonsuzlaşdırılan bir dovşanın 8 ilə 12 il arasında yaşadığını,

» Son 4.000 il içərisində hər hansı bir heyvanın evcilləşdirilmədiyini,

» Fillərin xortumunda 7 litr su tuta bildiyini,

» Qarışqaların yuvalarını çənələriylə qazdıqlarını,

» Qarışqaların yuvalarının təxminən 4-5 qatlı olduğunu,

» Qarışqaların, bəslənmə otaqları, baxım otaqları, qidalarını depoladıqları otaqlar və özlərini hər cür xarici təsirlərdən qoruyan tələlər hazırladıqlarını,

» Dünyanın ən böyük və ən sürətli böyüyən heyvanın mavi balinaların, 31 m boyunda, 200 ton ağırlığında olduqlarını,

» Mavi balina balalarının 2-3 sənədə yetişkinlərinin boyuna çata bildiklərini,

» Dünyanın ən sürətli heyvanı Çita olduğunu və sürətinin saatda 112 kmə qədər çatdığını,

» Dünyanın ən sürətli quşunun Boğazlı Qaranquşlar olduğunu,

» Boğazlı qaranquşların uçmağa başladıqları andan etibarən sürətlərinin 3 saniyə içində 128 km-ə çatdığını,

» Köpekbalıqlarının skeletlərinin qığırdaqdan meydana gəldiyini,

» Fillərin boyunun 7 metr, ağırlığının 6-7 ton olduğunu,

» Siçanların 5-ci mərtəbədən düşdüyü zaman belə, heç bir zərər görmədən xilas ola bildiyini,

» Bir filin, xortumunun təxminən 40 min əzələdən meydana gəldiyini,

» Fillərin suyu xortumuyla içmədiyini, yalnız xortumuyla çəkib ağızına püskürtdüyünü,

» Siçanların bir axar suda axıntıya qarşı 1 kmə qədər üzə bildiyini,

» Bir cüt siçanın, ildə 500, üç ildə 20 milyon dənə bala meydana gətirdiyini,

» Bir filin ömürünün 70-80 il olduğunu,

» Siçanların Avstriya xaric hər yerdə yaşadıqlarını,

» Bir siçanın ömürünün 1-2 il olduğunu və 500dən çox növü olduğunu,

» İtlərin saatda 50 km sürətlə yol götürdüyünü…

Bilirdinizmi?