www.nice.az > Maraqlı Məlumatlar > UNO-lar (Uçan Naməlum Obyekt) və Xəzər Dənizi

UNO-lar (Uçan Naməlum Obyekt) və Xəzər Dənizi


8 fevral 2011. Müəllif: XP
UNO-lar (Uçan Naməlum Obyekt) və Xəzər Dənizi

20-ci əsrdə Azərbaycanda,Xəzərətrafı ərazilərdə naməlum obyektlər dəfələrlə müşahidə olunmuşdu.Xüsusən,yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər.Xəzər üzərində görünüb,qəfil dəyoxa çıxan obyektlərin formaca diskəbənzər,kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilir.Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb.

Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tədqiq olunur.Xəzərə UNO-ların marağının kökləri hələ 19-cu əsrə gedib çıxır.Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.Alimlərin qənaətinə görə,UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi,belə demək mümkündürsə,Yerə uçuşlar zamanı “enerjidoldurma məntəqəsi” kimi istifadə edirlər.
1999-cu ildə Bakıda baş vermiş genişmiqyaslı enerji qəzasından öncə səmada 4 ellipsformalı obyekt müşahidə olunmuşdur.Bu obyektlərdən biri işiqsaçan açıq-mavi rəngli,iri,yumru obyekt 40 dəqiqə ərzində lentə köçürülüb və onun sorağı bütün dünyaya yayılıb.