www.nice.az > Maraqlı Məlumatlar > Qadın gülüşü kişiləri niyə qorxudur?
Qadın gülüşü kişiləri niyə qorxudur?6 yanvar 2011. Müəllif: SEV_GI |
Qadın gülüşü kişiləri niyə qorxudur? Kişilər zərif cinsin nümayəndələri arasında naz-qəmzəlilər və astadan gülənlərə üstünlük verir. Fox.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qadınların öz həyatlarını xoşbəxt qurmalarına onların… gülüşü də səbəb olur. Eksperiment zamanı kişilərə qadın gülüşləri yazılmış lent dinlədilib. Bu zaman kişilər hansı qadının xarici görünüşünün necə olduğunu bilməyiblər. Tədqiqat göstərib ki, kişiləri astadan, naz-qəmzə ilə gülən xanımlar daha çox cəlb edib. Vulqar və uca səslə gülüş isə kişilərin əksəriyyətinin xoşuna gəlmir. Onlar belə qadınla görüşmək istəmədiklərini bildiriblər. Məlum olub ki, kişilər uca səslə gülməyi tərbiyəsizliyin və savadsızlığın ilk göstəricisi sayır. Rəyi soruşulan kişilərin 51%-i bildirib ki, «biabır olmamaq və özünü narahat hiss etməmək üçün» belə qadınla küçəyə çıxmaqdan qaçmağa çalışardı. |