www.nice.az > Maraqlı Məlumatlar > Yaşamaq üçün
Yaşamaq üçün6 yanvar 2011. Müəllif: SEV_GI |
Hər kəs unudulmaz,əbədi olan sevgi arzu edir ancaq unutmayın ki,böyük sevgi arzusunda olan insan böyük riskləridə gözə almağı bacarmalıdır... Hər məğlubiyyətinizdə itirdiklərinizdən gələcək üçün nəticə çıxarın.Bir dəfə itiriyinizi ikinci dəfə itirməyə qoymayın. Yaddınızda saxlayın: Hörmət özünüz üçün, Sevgi başqaları üçün və Məsuliyyət bütün davranışlarınız üçün gərəkdir. İstədiyinizi əldə edə bilməməyinizin bəzən nə qədər böyük bir şans olduğunu xatırlayın. Qaydaları yaxşı öyrənin ki, onları pozmayasınız. Həyatda yaşadığınız hər uğursuzluq sizi məyus etməsin.Əksinə əldə edə bilmədiklərinizi əldə etmək üçün əlinizdən gələni edin.Bu zaman nə qədər iradəli olduğunu görə bilərsiniz Səhv etdiyinizi anladığınız zaman düzəltmək üçün dərhal lazımlı addımları atın. Dəyərləriniz itib getməsinə icazə verməyin.. Səssizliyin bəzən ən yaxşı cavab olduğunu xatırlayın. Yaxşı və şən bir həyat yaşayın. Yaşlandığınız da geriyə dönüb baxdığınızda ikinci dəfə yaşadıqlarınızdan zövq alın. Sevgi dolu bir ev həyatınızın təməlidir. Təməli sevgi üzərində qurulmuş bir evi yaratmaq üçün əlinizdən gələni edin. Dünyaya qarşı nəzakətli olun. İldə bir dəfə əvvəl heç getmədiyiniz bir yerə gedin |