www.nice.az > Maraqlı Məlumatlar > Faydalı qida məhsulları
Faydalı qida məhsulları6 yanvar 2011. Müəllif: SEV_GI |
Faydalı qida məhsulları. Sizin sağlamlığınız sizin üçün hərşeydən vacibdir..!Hər gün bir ədəd alma yeyən insan Alsqeymer xəstəliyinə tutulmaq təhlükəsindən maksimum dərəcədə özünü qorumuş olur. Almada olan maddələr, məsələn kversetin, xərçəng hüceyrələrinin inkişafını dayandırmaq qabilyyətinə malikdir. Bundan əlavə, kversetin soyuqdəymənin qarşısını alır, həmçinin sərbəst radikalların orqanizmə zərərini azaldır. Alma imuniteti gücləndirən, eləcə də ürək-damar sisteminin işini yaxşılaşdıran vitamin və mikroelementlərlə də zəngindir. Biz sizin diqqətinizə ən faydalı qida məhsulları təqdim edirik. Balıq Ürəyi barədə düşünənlər ət əvəzinə balıq yeməyə üstünlük verməlidirlər. Həftədə üç dəfə nahar zamanı balıqdan istifadə etmək va ya gündə 30 qram balıq yemək infarktın yaranması təhlükəsini 50% azaldır. Bu, balığın tərkibində hüceyrə membranlarına yaxşı təsir göstərən Omeqa-3 piy turşularının olması ilə əlaqəlidir. Həqiqətən də statistikaya görə, müntəzəm olaraq balıq yeyən yaponlar və eskimoslar ürək-damar xəstəliklərindən, öz qida rasionlarında balıqdan daha gec-gec istifadə edən xalqlardan az əziyyət çəkirlər. Sarımsaq Sarımsaq soyuqdəymənin müalicəsində əvəzsizdir. Ondan müntəzəm olaraq istifadə olunması mədə və bağırsaq xərçənginin yaranması təhlükəsini azaldır, həzm sisteminin işini yaxşılaşdırır. Sarımsağın mühüm xüsusiyyətlərindən biri onun damar xəstəlikləridən qoruması, eləcə də tərkibindəki maddələrin damarları təmizləməsi, trombların əmələ gəlməsinin qarşısını almasıdır. Çiyələk Sən demə, orqanizmi C vitamini ilə təmin etmək üçün özünü turş limon yeməyə məcbur etmək vacib deyil: çiyələkdə bu vitamin daha çoxdur. Çiyələyin daha bir özəlliyi onun tərkibindəki dəmirin immuniteti gücləndirməsidir. Bu meyvədəki efir yağları xərçəng xəstəliyini təhrik edən xüsusi enzimlərin yaranmasının qarşısını alır. Yerkökü Yerköküdəki beta-karotin gen strurkturunu dağıdan və xərçəngin əmələ gəlməsinə səbəb olan sərbəst radikalları neytrallaşdırır. Bundan əlavə, o dərinin təravətli qalmasına və görmə qabiliyyətinə müsbət təsir göstərir. Lakin, yadda saxlamaq lazımdır ki, beta-karotin yağda daha yaxşı həll olunur. Buna görə də yerkökü salatına mütləq yağ və yaxud xama əlavə olunmalıdır. |